Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazir Gimnaziyanı ləğv etdi

 

Nazirin əmri ilə Nərimanov rayonunda yerləşən Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası ləğv edilib. 
"Xeberinfo.com":  Məlumata görə, bu haqda məlumat verən valideynlər bildiriblər ki, nazirin əmri ilə Gimnaziyanın bazasında istedadlar Liseyinin yaradılması nəzərdə tutulur. Və bu liseyə qəbul 5-ci sinifdən başlayacaq. 
Hazırda valideynlər Gimnaziyanın qarşısına yığışıblar.
***
Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov qafqazinfoya açıqlamasında bildirib ki, hazırda nazirliyin nümayəndələri sözügedən gimnaziyadadır. Müəllimlərə və valideynlərə geniş izahat veriləcək, əmin olsunlar ki, onların əleyhinə ola biləcək heç bir hadisə baş verməyib.
***
Gimnaziyanın tədris işləri üzrə müdiri Afaq Poladzadə movqe.az-a açıqlamasında bildirib ki, valideynlər arasında bu məsələ bir qədər səhv anlaşılıb: "Bəli, deyilənlər doğrudur ki, bizim gimnaziyada ibtidai siniflər ləğv olunacaq. Amma bu hazırda ibtidai siniflərdə təhsil alan uşaqlara şamil edilmir. Bu proses tədricən olacaq. Gələn ildən 1-ci sinfə gimnaziyada qəbul olmayacaq. 3 ilə ibtidai siniflər tamamilə yığışdırılacaq. Buna səbəb gimnaziyanın xüsusi istedadlı uşaqlar üçün məktəbə çevrilməsidir. İndiyədək humanitar fənlər üzrə idisə, gələn ildən qəbul 5-ci sinifdən xüsusi istedadlı uşaqlar üçün aparılacaq. Bu xəbəri ötən həftənin 5-ci günü bizə veriblər. Bu Təhsil Nazirliyinin qərarıdır".
A. Poladzadə dəyişikliyin müəllimlərə də təsirsiz ötüşməyəcəyini deyib: "İbtidai sinifdə 4 kurs olduğundan, 16 müəllim işləyir. Gimnaziya saat 17:00-a kimi olduğundan 16 da tərbiyəçi müəllim çalışır. Əsas sinif müəllimləri yerləşdirilsə də, tərbiyəçi müəllimlərin taleyi  naməlumdur. Onlar özləri də işsiz qalacaqlarından çox narahatdırlar. Ümid edirik ki, Təhsil Nazirliyi onları da nəzərə alacaq. Çünki onların çoxu ailə başçısı, ailənin yeganə işləyən üzvüdür".   (qafqazinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam