Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Qaradağlının hərəmxanasından bir nəfər əskilsə, heç nə olmaz”

 

ATV-nin “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliyerdiyevanın efirdə səsləndirdiyi fikirlər ictimaiyyət arasında müzakirə mövzusudur.

"Xeberinfo.com":  Aparıcının Azadlıq prospektində baş vermiş yanğın hadisəsi barədə: “Bunu belə böyük faciəyə çevirmək lazım deyil”, - deməsi qınağa səbəb olub.

Simsar.az məsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevinfikirlərini öyrənib.

“Görünür, Mətanət xanımın başı eyş-işrətə qarışıb. Həmin yanğında ölən körpələrdən, məhv olan ailələrdən xəbəri yoxdur”, - deyən partiya sədri, “Cənab prezident İlham Əliyev və onun qardaşı Hafiz Hacıyev bu ölkəni ona görə qurmayıb ki, belələri efirə çıxıb xalqı ələ salsınlar”, - deyə bildirib. 

Ümumiyyətlə, ATV telekanalını qərəzli fəaliyyətdə günahlandıran Hafiz Hacıyev, “ATV telekanalı Azərbaycandakı prosesləri doğru-düzgün işıqlandırmaqdan çəkinir. İctimai-siyasi məsələləri efirdə təqdim etmir”, - deyə bildirib.

Telekanalın rəhbəri Vüqar Qaradağlını da ittiham edən partiya sədri, “Vüqar Qaradağlı ATV-nin arxa otaqlarında özünə hərəmxana açıb. Şou-biznes əhlini həmin hərəmxanaya toplamaqla məşğuldur”, - deyə qeyd edib. 

Sonda Mətanət Əliverdiyevanın telekanaldan qovulmalı olduğunu bildirən H.Hacıyev, “Qaradağlının hərəmxanasından bir nəfər əskilsə, heç nə olmaz”, - deyə fikrini tamamlayıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam