Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Hafiz Hacıyev: Mən o qızların üzünə tüpürəcəm!

 

“Qoy həsrət qalsınlar”.

"Xeberinfo.com":  Məlumata görə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin bugünkü buraxılışında aparıcılar Sevinc və Sevil bacılarının Azərbaycan manatını təhqir edən hərəkətə yol verməsinə münasibət bildirib.

Hafiz Hacıyev Oxu.Az-a deyib ki, Sevil-Sevinc bacıları ilə üzbəüz gəlsə onların üzlərinə tüpürəcək.

Partiya sədri qeyd edib ki, onların televiziyada canlı yayımda Azərbaycanın milli manatını cırması Azərbaycan xalqını təhqir etmək deməkdir.  

“Biz bilmirik o bacılar hansı barda tərbiyə alıblar, ama onların canlı efirdə milli manatı cırması  Azərbaycan Konstitusiyasını, Azərbaycan xalqını təhqir etmək deməkdir. Onlar o tərbiyəyə malikdirlər ki, çıxıb canlı efirdə Azərbaycanın milli manatını cırırlar. O bacıların hələ ki, ölkəmiz üçün bir qəpik də olsun xeyri dəyməyib. Belə şeyləri mən kəskin pisləyirəm”.

Hafiz Hacıyevin sözlərinə görə, Sevil-Sevinc bacıları etdiyi hərəkətlərinə görə, qınaq obyektinə çevrilməlidirlər.

“Onları ümumiyyətlə, televiziyaya, mətbuata buraxmaq lazım deyil, qoy televiziya üzünə həsrət qalsınlar. Kim istəyirsə özünə canlı efirdə müştəri yığsın, amma bu cür hərəkət etdiyi üçün onlar qınaq obyektinə çevrilməlidir.

Getsinlər özlərinə saunalarda, barlarda yer tapsınlar. Sonra baxaq görək onlar özlərini harda reklam edəcəklər. Sevil-Sevinc bacıları bilməlidirlər ki, Azərbaycanı təhqir edən adamın qulağı kəsilir. Ümumiyyətlə, o insanlara salam verməmək, üzlərinə bütün qapıları bağlamaq lazımdır. Onlar el qınağına tuş gəlməlidirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam