Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Fermerlər barəsində araşdırmalara başlanıb”

 

İradə İbrahimova: “Fermerlər müəyyənləşdirildikdən sonra meşə sahəsinə vurulan ziyanla bağlı onlar barəsində müvafiq sənədləşmə aparılacaq və hüquq-mühafizə orqanlarına müraciət ediləcək”
“Meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin çox böyük əksəriyyəti taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin ehtiyatsızlığı və etinasızlığından irəli gəlir”.
"Xeberinfo.com":   Məlumata görə, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
İ. İbrahimovanın spzlərinə görə, torpaq sahibləri olan fermerlər məsələnin ciddiliyini və məsuliyyətini anlamadan plansız, qabaqlayıcı tədbirlər olmadan, yanğın təhlükəsizliyi qaydalarına əməl etmədən sahələrə od vurur və yarana biləcək fəsadları hesablamırlar.
“Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımların nəticəsində hektarlarla meşə örtüyü məhv ola bilər, ölkənin meşə fondu ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşər. Xızıda baş verən yandın zamanı fədakar insanların şücaəti yüzlərlə ağacı xilas etdi, amma belə olmaya da bilərdi, alov daha keçilməz yüksək dağlıq sahələri əhatə etsəydi, meşələrimiz qarşısı alınmaz fəsadlarla üzləşə bilərdi”, – deyə İ. İbrahimoba bildirib.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bunlar nəzərə alınaraq, ETSN-in müvafiq qurumları tərəfindən araşdırmalara başlanılıb: “Araşdırma başa çatdıqdan və yanğın törətməkdə təqsirli bilinən torpaq istifadəçiləri – fermerlər müəyyənləşdirildikdən sonra meşə sahəsinə vurulan ziyanla bağlı onlar barəsində müvafiq sənədləşmə aparılacaq və barələrində ciddi tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Bölgələrdə yanğınlara yol verilməməsi istiqamətində Nazirliyin tabeli qurumları tərəfindən mütəmadi olaraq monitorinqlər və maarifləndirmə işləri davam etdirilir.
Havaların isti və quraq keçməsi ilə əlaqədar isə ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır”.
Qeyd edək ki, iyulun 28-də Xızıda iki hektara yaxın meşə fondu torpağında yanğın baş verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam