Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Neft fondundan büdcəyə 2 milyard manat transfer edilib

 

Azərbaycanda bu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 938,8 mln. manat, xərcləri 4 198,8 mln. manat olub

 

"Xeberinfo.com":  Maliyyə Nazirliyindən verilən məlumata görə, bu ilin I rübündə 251 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
 
Hesabat dövründə dövlət büdcəsinin mədaxili 3 900,8 mln. manat proqnoza qarşı 3 938,8 mln. manat və yaxud 1% çox olub.
 
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 102,6 faiz icra edilməklə dövlət büdcəsinə 1 594,8 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 69,5 faizi və yaxud 1 051,6 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 4,6 faiz-bənd çoxdur.
 
Dövlət Gömrük Komitəsi proqnoza 100,5 faiz əməl edərək büdcəyə 341,9 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz və yaxud 11,5 mln. manat çoxdur.
 
Bu ilin üç ayında dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 48,6 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 11,8 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 mln. manat və yaxud 13,5 faiz çoxdur.
 
Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 1 941,7 mln. manat vəsait transfert edilib. 2015-ci ilin üç ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 89,9 faiz və yaxud 4 189,8 mln. manat icra olunub.
 
İqtisadi təsnifata uyğun olaraq cari ilin üç ayında dövlət büdcəsi xərclərinin 33 faizi və yaxud 1380,6 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faizi və yaxud 108,7 mln. manat çoxdur.
 
Funksional təsnifata uyğun olaraq 2015-ci ilin üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 24,2 faizi (96,5 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 13 faiz (7,7 mln. manat), səhiyyə xərclərinə 7 faiz (7,8 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 0,7 faiz (3,6 mln. manat) çox vəsait yönəldilib.
 
Cari ilin üç ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 507,7 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 911,6 mln. manat vəsait yönəldilib.
 
Cari ilin üç ayında icmal büdcənin gəlirləri 4367,2 mln. manat, icmal büdcənin xərcləri isə 4967,2 mln. manat icra olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 mln. manat coxdur.(Lent.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam