Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Rusiyanı bir güllə atmadan durdurmaq olar”

 

ABŞ-ın maliyyə nazirinin keçmiş müavini, “Evercore” fondunun qurucusu və baş direktoru Rocep Oltman hesab edir ki, Rusiyanı bir güllə atmadan durdurmaq olar.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə o, “The Wall Street Journal”dakı məqaləsində yazıb. 
Ekspertin sözlərinə görə, elə bir variant mövcuddur ki, o variantda valyuta və ya bank kollapsı istənilən ölkənin normal mövcudluğuna son qoya bilər. Məqalə müəllifinin fikrincə, Ukraynada vəziyyətin kəskinləşməsi bir çoxlarını belə bir qənaətə gəlməyə vadar elədi ki, Rusiyanı nə iqtisadi sanksiyalar, nə də diplomatik danışıqlar dayandıracaq və indi də Kiyevə silah verilməsinin vacibliyi haqda çağırışlar eşidilir.
“Ancaq Qərbin arsenalında Ukrayna böhranına son qoyacaq və Moskvanın Baltikyanı regionda, digər bölgələrdə sonrakı avantüralarını əngəlləyəcək daha güclü bir strategiya var. Söhbət Rusiyada iqtisadi-maliyyə böhranının güclənməsindən çıxış edərək, maliyyə sanksiyalarını sərtləşdirməkdən və bu sanksiyalarla dünya maliyyə bazarlarının sanksiyalarının kombinasiyası hesabına Kremli geri çəkilməyə vadar eləməkdən gedir”, – deyə müəllif qeyd edib.

Oltmanın əminliyinə görə, maliyyə bazarları indi dünyada istənilən ordudan və silah ehtiyatlarından daha güclü təsir vasitəsidir. “Bu bazarlar diplomatiyanın və ya silahın nail ola bilmədiyi istənilən dəyişikliyə qadirdir” – əlavə edib ekspert.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam