Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

”Təhlükəli anlaşmaya imkan verməyəcəyik”

 

The Morning Star” yazır ki, İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin 5 daiimi üzvü və Almaniyanın İranla bu ölkənin nüvə proqramı ilə bağlı apardığı danışıqların qarşılıqlı anlaşma ilə yekunlaşma ehtimalının yüksəlməsindən narahatlığını gizlətməyərək deyib ki, biz bu “pis və təhlükəli anlaşmaya” imkan verməyəcəyik.
"Xeberinfo.com":  Məlumata görə, Baş nazir həftədə bir dəfə keçirilən nazirlər kabinetinin iclasında deyib ki, əgər bu anlaşma əldə olunarsa, İsrailin gələcəyi qara buludlarla əhatə olunacaq, ölkəmizin təhlükəsizliyi zəifləyəcək.
5+1 formatında İranla danışıqlar aparan dövlətlər, o cümlədən İsrailin ən yaxın müttəfiqi ABŞ uranın zənginləşdirilməsi ilə bağlı Tehranın ciddi məhdudiyyətlərə razılıq verməsini yüksək dəyərləndirir.
İranın Ali Dini rəhbəri Seyid Əli Xamneyi bazar günü bəyan edib ki, ədalətli nüvə anlaşmasını qəbul edəcək. İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif isə bəyan edib ki, artıq anlaşma zamanı gəlib çatdı. ABŞ tərəfi də ən yüksək səviyyədə danışıqlarda əldə olunmuş irəliləyişdən məmnunluq ifadə edir.
Ekspertlər əmindirlər ki, gələn ay ortada olan nəticələr rəsmi sənədlərdə öz əksini tapacaq. /musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam