Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Lamiyə Quliyeva" azadlığa aparan yolun astanasında

 

Baş Prokurorluqdan Lamiyə Quliyevanın işinə yenidən baxılmasına “yaşıl işıq”
"Xeberinfo.com":  Məlumata görə, Baş Prokurorluq 4 saylı cəzaçəkmə müəssisində saxlanan məhkum Lamiyə Quliyeva ilə bağlı Xətai Rayon Məhkəməsinə protest verib. Protestə əsasən L.Quliyevaya onun məhkum olunmasına dair hökmdən şikayət etmək hüququnun tanınması istənilib. Xətai Rayon Məhkəməsi protesti təmin edib. L.Quliyeva onun 5 il 6 ay azadlıqdan məhrum edilməsinə dair hökmdən şikayət vermək hüququ qazanıb. Qeyd edək ki, L.Quliyeva 2003-cü ildə Aslan Aslanovun oğlunun qətlə yetirilməsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmin müddət 2013-cü ildə bitib. Lakin 2012-ci ildə L.Quliyevaya yenidən ittiham elan olunub və Xətai Rayon Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməklə ümumilikdə 15 il 6 ay müddətinə cəzaya məhkum olunub. L.Quliyevanın vəkili Fəxrəddin Mehdiyev “Yeni Müsavat”a Baş Prokurorluğun protest verməsini təsdiqləyib.
lamiye2_111Qeyd edək ki, L.Quliyevaya ümumilikdə 3 dəfə ittiham irəli sürülüb. 2003-cü ildə onu Cinayət Məcəlləsinin 120-ci – qəsdən adam öldürmə maddəsi ilə ittiham edib 10 il müddətinə azadlqıdan məhrum ediblər. 2-ci dəfə, 2012-ci ildə Lamiyə Quliyevaya Cinayət Məcəlləsinin 317-ci – cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma – maddəsi ilə ittiham elan olunub. Bu maddə ilə məhkəmə qarşısına çıxarılıb və 5 il 6 ay əvvəlki hökmlə təyin olunmuş cəzanın üstünə gəlinib. Yəni Lamiyə Quliyevanın cəzası 15 il 6 aya çatdırılıb. Bundan 1 il sonra, 2013-cü ildə Lamiyə Quliyevaya növbəti – 3-cü dəfə ittiham verilib. Guya Lamiyə Quliyeva digər məhkumdan hədə-qorxu ilə pul tələb edib. Həmin vaxt ona Cinayət Məcəlləsinin 182-ci – hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi başlanıb. İttihamın əsasını bir qadın məhkumun yalnız ifadəsi təşkil edib. Guya Lamiyə hədə-qorxu ilə ondan pul tələb edib. İşə Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimov baxdı və bəraətverici əsaslarla hökm çıxarıldı. Lakin prokurorluq protest verdi, iş Bakı Apelyasiya Məhkəməsinə göndərildi. Hakim Sahibxan Mirzəyev həmin hökmü ləgv edib Lamiyə Quliyevanın cəzasını 6 il 6 ay artırdı. Ali Məhkəmədə hakim Hafiz Nəsibov Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam