Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sevil-Sevinc tərəfindən müstəqilliyimizin rəmzinə qarşı təhqir

 

Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verlişində bu gün Azərbaycanın dövlət rəmzini təhqir edən hərkətə yol verilib.

"Xeberinfo.com":  Məlumata görə, A24.az saytının yaydığı videodan məlum olur ki, aparıcılar, gənc müğənnilər - Sevil-Sevinc bacıları verilişin gedişatı zamanı mahnı ifa etməyə başlayır və bu zaman dövlət rəmzlərimizdən biri olan Azərbaycan manatına qarşı hörmətsizlik edirlər.

Belə ki, bacılardan biri kadr arxasından verilən Azərbaycan manatını alaraq, digərinə ötürür. Həmin bacı isə mahnı oxuya-oxuya manatı cırmağa başlayır.

Qeyd edək ki, milli valyuta müstəqil dövlətin əsas rəmzlərindən biri hesab edilir. Bundan başqa, milli valyutanın bilərəkdən zədələnməsi yaxud cırılması qanun qarşısında məsuliyyət nəzərdə tutur. Belə ki, Azərbaycan manatı, yəni, milli valyuta Azərbaycan Mərkəzi Bankına - dövlətə məxsusdur və manatın cırılması dövlətin əmlakına zərər vurulması hesab oluna bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam