Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bu, Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə təhdiddir"

 

“Xəzər TV-də Sevil-Sevinc bacılarının verlişinə baxmışam. Qızlar istedadlı olmalarına baxmayaraq Azərbaycan milli təfəkküründən uzaqdırlar və görünən budur ki, onlar ölkəmizdə böyüyüb formalaşmayıblar”  

“Bacılarda milli mənlik problemi var” 

"Xeberinfo.com":  Məlumata görə, bunu “a24.az”a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı “bacılardan birinin canlı efirdə manatı cırmasına” münasibətində deyib. Onun fikrincə, bacılarda milli şüur, milli mənlik problemi var: “Milli şüurun yetərincə olmaması, milli mənliyin kifayət qədər formalaşmaması onların bu davranışlarına gətirib çıxaran amillərdəndir. Yəqin ki, bu da onların milli valyutamıza münasibətini göstərir”.

Deputat deyib ki, Azərbaycanın iqtisadi müstəqilliyinin atributlarından olan manata hörmətsizlik düşünürəm ki, haramlığın ifadəsidir: “Bu Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə təhdiddir. Bizim valyutamız həm də, Azərbaycan iqtisadiyyatının, maliyyə sisteminin  göstəricisidir. Bayraq, himn, gerb Azərbaycanın siyasi müstəqlliyinin, manat isə bizim iqtisadi müstəqilliyimizin atributudur”.

Aparıcının yol verdiyi səhvə görə cinayət tərkibinin olub-olmamasını deyə bilməsə də, F.Ağamalı hesab edib ki, bu, cinayətdən çox insana təsir edən ictimai qınaqdır: “Əgər bu qınaq təkcə sizin saytınızda deyil, eyni zamanda Xəzər TV-nin özünə qədər gedib çatırsa və KİV-lərdə ictimai qınağa səbəb olursa, bu, özü-özlüyündə onlar üçün çox böyük cəza olardı”.

Xatırladaq ki, bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil”  verlişində  dövlətimizi və millətimizi təhqir edən hərəkətə yol verilib. Belə ki, verliş başlar-başlamaz  verilişin aparıcıları olan Sevil-Sevinc bacılarından biri  kadr arxasından verilən Azərbaycan manatını alaraq digər əkizinə ötürüb. Digər bacı isə manatı musiqi sədaları altında cırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam