Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Keşlədə bağırsaq emal edən antisanitar müəssisə aşkarlandı -  FOTOLAR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan vətəndaş şikayəti əsasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 2 m ünvanında fiziki şəxs Ramazanov Qadir Sabir oğluna məxsus bağırsaq emalı müəssisəsində yoxlama keçirilib.

 

Yenixeber.org: Müəssisədə heyvan mənşəli məhsullar və xammalın sağlamlıq və mənşəyini müəyyən edən sənədlərin olmadığı aşkar olunub.

Yoxlama zamanı müəssisədə xırdabuynuzlu heyvanların bağırsağının ilkin emalı zamanı baytarlıq-sanitariya qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Texnoloji proseslərdə temperatur rejiminə əməl edilmədiyi, məhsulların saxlanılması üçün soyuducu kameranın olmadığı müəyyən olunub. 

 

Məlum olub ki, anbar  sahəsi sistematik təmizlənmir, bağırsaqların yuyulub-təmizlənmə, çeşidlənmə, duzlanma və qablaşdırılması, saxlanması bir sahədə həyata keçirilir.  İstehsalat sahəsinə həşaratların daxil olmasının qarşısın almaq məqsədilə tədbirlər görülmür. İşçilərin xüsusi geyim forması yoxdur və tibbi müayinədən keçməyiblər.

 

Yoxlama zamanı məlum olub ki, məhsulların və xammalın normativ-texniki sənədlərə, eləcə də baytarlıq normativlərinin tələblərinə uyğun olmadan emalı aparılır. Müəyyən edilib ki, baytarlıq şəhadətnaməsi olmadan müəssisəyə bağırsaq qəbul edilir və daşınır.

Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı baytarlıq ekspertizasından keçirilmədən aparılır. Məlum olub ki, heyvan mənşəli məhsullar və xammalın yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan qəbul ilə bağlı sənədləri yoxdur.

 

Aparılan yoxlamanın nəticəsi ilə bağlı olaraq qanunvericilik çərçivəsində müvafiq  tədbirlər görüləcəkdir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini  bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam