Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Bakıda ağaclar kökündən çıxarılıb? - RƏSMİ AÇIQLAMA-VİDEO

Sosial şəbəkədə Bakının Yasamal rayonunda ağacların çıxarılması ilə bağlı görüntülər yayılıb.

Yenixeber.org: Görüntülərdən məlum olur ki, Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və onlara kömək edən bir qrup şəxs Ələsgər Ələkbərov küçəsindəki ağacları kökündən çıxarırlar.

Məsələyə aydınlıq gətirən  Yasamal rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüfət Mərdanov bildirib ki, əslində, hadisə sosial şəbəkələrdə təqdim olunduğu kimi deyil:

“Əslində, Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev, Ələsgər Ələkbərov və digər küçələrdə, uzunluğu 800 m olan ərazidə yol yenidən qurulub. Bu səbəbdən ərazidəki bəzi obyektlər və yaşayış məntəqələri sakinlərə kompensasiya verilərək köçürülüb.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə ağacların başqa ərazilərə köçürülməsi işləri aparılıb. Lakin bütün bu işlər başa çatandan sonra kimsə bilərəkdən həmin ərazilərə gecə ilə yeni ağaclar basdırıb. Qurumların əməkdaşları orada əkilən ağacları təmizləyən zaman isə bu proses videoya çəkilərək paylaşılıb”.

Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, həmin ərazidə kimlərsə məqsədli şəkildə, icazəsiz olaraq ağac əkib.

“Ərazidə qanunvericiliyə əsasən, köçürülmə işləri aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə ərazidə olan ağaclar başqa yerlərə köçürülüb.

Dövlət əhəmiyyətli yol və piyada səkiləri salınır. Amma bir qrup insan dibçəkdə ağac əkməyə başlayıb. Bu barədə xəbərdarlıq edilsə də, məhəl qoyulmayıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam