Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Klinika rəhbərini bıçaqlayan həkimi - 7 ilədək həbs gözləyir

Klinika rəhbərini bıçaqlayan həkimi 7 ilədək həbs gözləyir
Avqustun 5-də Sumqayıt şəhərində yerləşən “Summodern Dental” klinikasının direktoru Şahin Baxşəliyev bıçaqlanıb. Araşdırma zamanı məlum olub ki, onu bıçaqlayan şəxs həmin klinikada həkim işləyən Pərviz İbrahimovdur. Belə ki, tərəflər arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə qanlı cinayətlə nəticələnib.
Yenixeber.org: İlkin ehtimallara əsasən, P.İbrahimov klinikanın direktorunu onun barəsində səslədirdiyi nalayiq ifadələr səbəbindən bıçaqlayıb. Hazırda zərərçəkmiş şəxsin özəl klinikalardan birində həkim nəzarətində olduğu deyilir. Onun həyatı üçün təhlükə yoxdur. 


(“Summodern Dental” klinikasının direktoru Şahin Baxşəliyev) 

Faktla əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. 

P.İbrahimov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 



Azərbaycan qanunvericiliyinə əsasən, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham olunan şəxs üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam