Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Narkotik satan şəbəkə üzvləri ifşa edilib - FOTOLAR

Narkotik satan şəbəkə üzvləri ifşa edilib - FOTOLAR
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri saxlanılıblar.
Yenixeber.org: DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Vüqar Əliyev tutulub. Onun üzərinə baxış zamanı 1,067 qram, yaşadığı evdən isə 0,613 heroin aşkar edilərək götürülüb. V.Əliyev istintaq verdiyi ifadəsində narkotik vasitəni Fəridə adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhər sakini Fəridə Qasımzadə də tutularaq istintaqa təqdim olunub. Onun üzərində şəxsi axtarış aparılan zaman 4,571 qram aşkar edilib. 



Baş İdarə əməkdaşları narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərini daha da genişləndirərək F.Qasımzadəyə heroini satan Xırdalan şəhər sakini Elnur Kazımovu və həmyerlisi Ramil İsbəndiyarovu da saxlamağa nail olublar. 



E.Kazımovun üzərindən 1, 467, R. İsbəndiyarovdan isə 100,947 qram heroin aşkar edilib. Əməliyyat tədirlərinin davamı olaraq R.İsbəndiyarovun yaşadığı evə baxış zamanı əlavə 398,499 qram heroin, 52,454 qram metamfetamin, həmçinin 1 ədəd idman tapançası, 1 ədəd beşbarmaq və 1 ədəd dəyənək götürülüb. Faktla bağlı dəstə üazvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam