Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Arvadını 40 bıçaq zərbəsi ilə öldürənə 18 il həbs tələbi

Sumqayıtda qısqanclıq zəminində baş vermiş cinayətlə bağlı məhkəmə istintaqaı yekunlaşdı.

Həyat yoldasını qısqanclıq zəminində xüsusi amansızlıqla öldürən Yaqub Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Yenixeber.org: Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılır.

Prosesdə pokuror çıxış edərək qətl törətməkdə təqsirləndirilən Y.Ağayevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti iclası mayın 15-nə təyin edilib.

Hadisə ötən il dekabrın 12-də Sumqayıt şəhəri on birinci mikrorayonunun ərazisində baş verib. Həmin ərazidə kirayədə yaşayan 1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.

Cinayətlə bağlı mərhumun həyat yoldaşı, Beyləqan rayon sakini Ağayev Yaqub Şirin oğlu könüllü olaraq Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub. Məlumata görə, Y.Ağayev həyat yoldaşını qısqanclıq zəminində öldürüb O, gənc qadının bədəninə 40-a yaxın bıçaq zərbəsi endirib. Onların əksəriyyəti qadının boyun və baş nahiyəsində aşkarlanıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam