Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rüktoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

4176 sürücüyə “pərdə və jalüz cəriməsi” kəsilib

 

“15 noyabr 2018-ci il tarixindən 29 aprel 2019-cu il tarixinədək ölkə ərazisində 4176 sürücüyə pərdə, jalüz və görüntünü məhdudlaşdırılan digər vasitələrdən istifadə etdiyinə görə protokol tərtib edilib”.

 Yenixeber.org: Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev məlumat verib. 

R.Quliyev qeyd edib ki, mayın 1-dən noyabrın 15-nə qədər yan arxa şüşələrdə yalnız sənaye üsulu ilə hazırlanan jalüzlərdən istifadəyə icazə verilir:“Ümumiyyətlə, Azərbaycanda avtomobilərin yan şüşələrində pərdə və günəş işığını məhdudlaşdıran örtüklərdən istifadə etməyə icazə verilmir”. 

Sabahdan - mayın 1-dən noyabrın 15-nə qədər olan müddətə avtomobillərin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan  jalüzlərdən istifadə etməyə icazə verilir.

Bu müddət ərzində sürücülər avtomobillərinin arxa yan şüşələrində standarlara uyğun olan jalüzlərdən istifadə edə bilərlər. Ləğv olunmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilir.
Qeyd edək ki, Azərbaycanda pərdə və jalüzə görə tələbləri pozan sürücülər üçün 150 manat cərimə müəyyən edilib.Modern


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam