Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

DYP-nin "plyonka ovu"

“Ötən gün və bu gün ərzində Bakı şəhəri üzrə pərdə və jalüzlərdən istifadəyə görə 76 sürücüyə inzibati protokol tərtib edilib”.

 

Xeberinfo.com:   Məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

DYP rəsmisinin sözlərinə görə, “Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələblərinə əsaslanaraq, görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan, sənaye üsulu ilə hazırlanan plyonka, pərdə və jalüzlərin quraşdırılaraq avtomobillərin istifadəsi faktlarına görə inzibati məsuliyyət tətbiq olunur: “Bununla əlaqədar bir neçə gün öncədən KİV vasitəsi ilə məlumat yayılıb və sürücülərə xəbərdarlıq olunub. Qanunun tələbinə əməl etməyən sürcülər 150 manat cərimələnəcək. Təbliğatın zamanında aparılmasının nəticəsidir ki, ötən il ilə müqayisədə cərimə olunan sürücülərin sayında xeyli azalma müşahidə olunur".

Qeyd edək ki, noyabrın 15-dən etibarən avtomobillərdə pərdə və plyonkalardan istifa etmək rəsmən qadağandır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam