Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Gürcüstandan təzə avtobus alıb, gömrüyü aldatmaq istədi...

Köhnə avtobusla gedib təzəsi ilə qayıtdı

Yenixeber.org: Köhnə model avtobusla Gürcüstana gedərək bir gün sonra eyni dövlət qeydiyyat nömrə nişanı altında yeni model nəqliyyat vasitəsi ilə ölkəmizə geri qayıdan həmyerlimizin əməlinin üstü açılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə bir qrup şəxsin sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə edərək Azərbaycan Respublikasına nəqliyyat vasitələri gətirilməsi barədə məlumat daxil olub. Azərbaycan Respublikası vətəndaşı Qasımov Şəmsəddinə məxsus "SUMIT DAF EUROLİNES" markalı avtobus gömrükçülər tərəfindən saxlanaraq Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağına gətirilib və gömrük baxışı keçirilib. Baxış zamanı avtobusun üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması gömrükçülərdə şübhə yaradıb.

İlkin araşdırma zamanı məlum olub ki, Şəmsəddin Qasımov idarə etdiyi 1981-ci il buraxılışlı, ağ "SUMIT DAF EUROLİNES" markalı 00200330 şassi nömrəli 90-ZD-837 dövlət nömrə nişanlı avtobusla Gürcüstan Respublikasına gedərək ona məxsus avtobusu yeni modeli ilə əvəz edib, gömrük-vergi rüsumlardan yayınaraq ağ, bənövşəyi, sarı rəngli 00200330 şassi nömrəli, üzərində 90-ZD-837 dövlət qeydiyyat nömrə nişanı olan avtobusla Azərbaycan Respublikası ərazisinə sərnişinlərlə birgə qayıdıb.

Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən müəyən edilib ki, "SUMIT DAF EUROLİNES" markalı avtobusun ön qapısında vintlə bərkidilmiş metal lövhəcik üzərində olan məlumatlara əsasən təqdim edilmiş nəqliyyat vasitəsi "DAF/VDL" markalı avtobusun 2001-ci il istehsalı olan "SB200" şassi tipidir.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam