Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Arif Alışanovu öldürmək istəyən dəstə...- Vəkillərdən yeni açıqlamalar

 

 

"Arif Alışanov heç bir şikayətini geri götürməyib".

 

Yenixeber.org: Yanvar ayının 15-də ölkə başçısının sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov 13 il qabaq təyin olunduğu vəzifəsindən azad olundu. Onun vəzifəsinin icrası isə tanınmış telejurnalist Rövşən Məmmədova tapşırıldı. Təbii ki, Arif Alışanovun tutduğu vəzifəsindən azad olunmasında onu öldürməyə cəhd edən dəstənin məhkəmədə verdiyi açıqlamalar da rol oynadı. Onun milyonluq villaları barədə təqsirləndirilən Şücayət Əkbərov məhkəmədə ifadələr verdi və Alışanovun 4 milyon 600 min manatını mənimsəmədiyini bildirdi.

Arif Alışanov vəzifədən azad olunduqdan sonra şikayətçi olduğu şəxslərə qarşı mövqeyinin dəyişib-dəyişməyəcəyi ilə vəkillərin münasibətini öyrəndik.

Arif Alışanovun vəkili Zaur Abbasov açıqlamasında Alışanovla Şücayət Əkbərov arasında olan məhkəmə prosesindən danışdı.

Vəkilin sözlərinə görə, Alışanov şikayət etməyib ki, onlar məni öldürüblər.

Daxili İşlər Nazirliyinə əməliyyat məlumatı daxil olub ki, həmin şəxslər Arif Alışanovu öldürməyə cəhd ediblər. Bundan sonra həmin şəxslər əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Arif müəllimin vəzifəsindən azad olunmasının isə cinayət işinə aidiyyatı yoxdur. O vəzifəsindən azad olundu, ya harasa təyin olundu, mənə aidiyyatı yoxdur. Mənimlə müqaviləsi olduğuna görə mən onu müdafiə edirəm. Qaldı apellyasiya məhkəməsinin qərarından sonra bizim tərəf şikayət verəcək, ya qarşı tərəf, bu, bəlli deyil.

Şücaət Əkbərovun vəkili Babək Həmidov da davam edən məhkəmə prosesi barədə açıqlama verib: “Hazırda iş Sumqayıt Apellyasiya Məhkəməsindədir. Məhkəmə istintaqı bitib, artıq çıxışlar mərhələsidir. Arif Alışanov heç bir şikayətini geri götürməyib. Onun hüquqlarını məhkəmədə vəkili qoruyur. Yəqin ki, yaxın günlərdə məhkəmə qərarını elan edəcək”.

Xatırladaq ki, ötən ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücayət Əkbərov 18 il, Zöhrab Şirinov 16 il, Qoçəli Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib. Aqşin Hüseynov barəsində isə 1 il 4 ay müddətində şərti cəza seçilib və məhkəmə zalından azadlığa buraxılıb. İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib. (aznews)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam