Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aksiz markası olmayan çox tütün məmulatı aşkarlandı - FOTO

Aksiz markası olmayan çox tütün məmulatı aşkarlandı - FOTO

Paytaxtda aksiz markası olmayan 700 qutudan çox tütün məmulatı aşkarlanıb.

Yenixeber.org: Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin (BBGİ) Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə "Chevrolet Aveo" markalı avtomobildə aksiz markası olmayan siqaretlərin daşınmasına dair məlumat daxil olub.

Məlumat əsasında BBGİ-nin əməkdaşları Bakı şəhəri "Nizami" metro stansiyası yaxınlığında dayanmış avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin yük yerinə vizual baxış keçiriblər. Baxış zamanı avtomobilin yük yerində sellofan paketlərin içərisində aksiz markası olmayan siqaretlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsinə ətraflı gömrük baxışı keçirilməsi üçün BBGİ-nin inzibati binasına gətirilib.

Hal şahidlərinin də iştirakı ilə keçirilən baxış zamanı avtomobilin yük yerindən üzərində aksiz markası olmayan, qara sellofan paketə bükülmüş "Esse Spesial Gold" yazılmış 400 qutu siqaret, üzərində "Captain black" yazılmış 269 qutu siqar, üzərində "Skandinavik 50g" yazılmış 10 qutu qəlyan tütünü, üzərində "Holland house" yazılmış 15 qutu qəlyan tütünü və üzərində "Milano-London" yazılmış 10 qutu siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam