Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Axtarışda olan 220 nəfər sərhəddə tutulub - FOTOLAR

     Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd nəzarəti tədbirləri davam etdirilir.

Yenixeber.org: DSX-dən  verilən məlumata görə, son günlərdə 3 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan dövlət sərhədindən keçmək, 1 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qarşısı alınıb, 220 nəfər axtarışda olan şəxs saxlanılaraq aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib.



14 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Moskva reysi ilə uçub gedən Pakistan vətəndaşı 1969-cu il təvəllüdlü İqbal Zahidin sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş İspaniyaya məxsus Şengen vizasının və daimi yaşayış kartının saxta olduğu müəyyən olunub.



16 sentyabr tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində RF-dən AR-ə gələn Özbəkistan vətəndaşı 1984-cü il təvəllüdlü Yakubov Müzəffər Muxtaroviçin əl çantasından və üzərindən ümümi çəkisi 115 qram gümüş, 53 qram qızıl olan 23 ədəd zərgərlik məmulatları aşkar olunub.



21 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1993-cü il təvəllüdlü Kandasamy Sreekanthının sərhəd naryadına təqdim etdiyi pasportun saxta olduğu şübhə doğurub və laboratoriya şəraitində yoxlanılaraq təsdiqini tapıb. Baxış zamanı saxlanılan şəxsin üzərindən ona məxsus olan 1993-cü il təvəllüdlü Ganeshalingam Manojhpirabanın adına Şri-Lanka pasportu aşkar olunub.



21 sentyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1975-ci il təvəllüdlü Ramasamy Subramaniamın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olması şübhə doğurub və laboratoriya şəraitində yoxlanılan zaman təsdiqini tapıb. Saxlanılan şəxsin üzərindən ona məxsus olan 1980-ci il təvəllüdlü Palaiah Kamalakannanın adına Şri-Lanka pasportu aşkar olunub. Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam