Yenixeber.org: Bu barədə açıqlamanı Azadinform-a "Kaspi" Mətbuat Yayımın direktoru Süleyman Salmanov verib.
S.Salmanov bildirib ki, onlara da məlum olmayan səbəblərdən nagillar.az saytının qeydiyyat nömrəsində "Kaspi" Mətbuat Yayımın adı keçir: "Biz Yayım Şirkəti olaraq belə bir saytın qeydiyyatı ilə bağlı heç bir quruma müraciət etməmişik. Hazırda araşdırma aparırıq, bizim adımızdan istifadə edən şəxslər barədə qanun çərçivəsində ölçü götürülməsinə çalışacağıq".