Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

10 min manata uşaq:Saytın reklamı və ya bir ailənin faciəsi?

10 min manata uşaq:

 

 

Dekabrın 27-də qarabazar.az saytından Bakıda oğlan uşağının 10 min manata satılması ilə bağlı elan silinib

 

Yenixeber.org: Bu barədə özünü saytın rəhbəri kimi təqdim edən Malik (soyadını açıqlamaqdan imtina edib) adlı şəxs bildirib.

Qeyd edək ki, bundan əvvəl Musavat.com nəşri Bakıda kirayədə yaşayan Orxan adlı 24 yaşlı Tovuz sakininin 40 günlük körpəni satışa çıxarması barədə məlumat yayıb. Orxan yazıb ki, maddi çətinliklər səbəbindən çoxlu borcu var və bu səbəbdən uşağı saxlaya bilmir. 

Elanda qeyd olunur ki, uşaq sağlamdır və qiymət barədə razılaşmaq olar. 

Musavat.com saytın jurnalisti Orxanla əlaqə saxlayıb. Telefon söhbəti zamanı sonuncu bildirib ki, hazırda uşaq Respublika Klinik Xəstəxanasındadır və əgər alıcı olarsa, körpəni onun adına rəsmiləşdirmək mümkündür.

Qarabazar.az saytının rəhbəri Malik bildirib ki, qanuna zidd addım olduğunu başa düşdükdən sonra elanı saytdan yığışdırıb.

“Bizim həmin şəxs barədə heç bir məlumatımız yoxdur, onun yazdıqları bazadan silinib”, - Malik deyib.

Sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, bu cür elanlar yalnız saytın reklamdan gəlir əldə etmək mənafeyinə xidmət edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam