Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Daha bir yol çökdü

Bakıda yol çökdü, minlərlə maşın tıxacda qalıb – FOTOLAR və VİDEO

 

 


 

 

         Bakının Nizami rayonundakı Babək prospektində yol çöküb. 
   "Xeberinfo.com": Musavat.com-un verdiyi məlumata görə, “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığındakı körpünün əsas yolunda baş verən bu çöküntü səbəbindən avtomobillərin uzun tıxacı yaranıb. 
    “Baku Medical Plaza”nın qarşısında yolun tam ortası iki hissədə çöküb. Yolun çökməsi avtomobillərin hərəkətini iflic hala salıb. Bir neçə marşrut avtobusu da tıxacda qalıb. 
    Sürücü və sərnişinlər isə fəryad edirlər: “1 saatdır ki, burda qalmışıq. Belə şey olar? Bu körpünü bir-iki ildir ki, tikiblər. Yollara milyonlar xərcləyiblər. Amma çox keçmir ki, hamısı bərbad hala düşür. Əziyyət çəkənlər də biz oluruq”. 
     Tıxacda qalan taksi sürücülərindən biri çəkiliş apardığımızı görən kimi, şikayətini dilə gətirdi: “Bayaqdan tıxacdayıq. Xırda-xırda hərəkət edirik. Buna nə benzin çatar, nə də səbir... Maşında müştərim var idi, düşüb, getdi. Hə, mən indi nə edim? Yolları təmir edəndə günlərlə zülm çəkirik. Yenə də deyirik ki, cəhənnəmə ki, heç olmasa, yollar düzəlir. Təmir bitəndən sonra da həmin yol çökür, dağılır. Yenə də zülm çəkirik, tıxacda qalırıq. Nə dəyişdi?”
Məhəmməd TÜRKMƏN
Fotolar və video müəllifindir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam