Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“AZPETROL”un SƏHMLƏRİNİ ALMIŞ OLİQARX VƏFAT ETDİ -Açıqlama

 Türkiyədə “Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri Erdoğan Dəmirörən vəfat edib.  Türkiyə mediası  xəbər verir ki, hakimiyyətə yaxın iri iş adamı Dəmirörən uzun müddətdir ağır xəstəlikdən müalicə alırdı. Məlumatda 79 yaşlı Demirörənin “bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyi” bildirilir.
Erdoğan Demirörənin müalicə olunduğu “Florence Nightingale” xəstəxanası bundan əvvəl verdiyi açıqlamanı geri çəkərək iş adamının öldüyünü təsdiqləyib.
Türkiyə KİV-ləri xəbər verir ki, xəstəxananın tibb direktoru Özgür Şamildil mətbuat konfransı keçirərək “bütün səylərə baxmayaraq” reanimasiya həkimlərinin Demiröreni xilas edə bilmədiklərini, onun yerli vaxtla saat 11.53-də keçindiyini açıqlayıb.
Qeyd edək ki, Erdoğan Dəmirörən  adı son aylar Türkiyənin gündəminə   “Doğan Medya” qrupunun səhmlərini almaqla gündəmə gəlmişdi.  Erdoğan Demirörən çoxsaylı qəzet və televiziyaların sahibi olduğu üçün ona Türkiyənin “Rupert Merdoku” (amerikalı mediamaqnat) da deyirdilər.
Erdoğan Dəmirörən 1938-ci ildə anadan olub, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənin atasıdır. Onun başçılıq etdiyi holdinqdə sıxılmış qaz (LPG) biznesi ilə məşğul olan çoxsaylı şirkətlər, habelə Türkiyənin “Milliyet”, “Vatan” kimi iri qəzetləri, o cümlədən “Doğan Medya” qrupunun səhmlərinin alınması nəticəsində bu qrupun çoxsaylı KİV-ləri-“Hürriyet”, “Posta”, CNN Türk, Kanal D və digərləri birləşib. Habelə “Demirören Holding” otelçilik, inşaat və biznesin bir çox digər sahələrində də fəaliyyət göstərir.
Türkiyə mediası Erdoğan Demirörənin Azərbaycanda da yatırımları olduğunu, onun “Azpetrol” şirkətini və Azərbaycanın ən iri metallurgiya zavodlarından olan “Azərelektroterm”i aldığını yazır. Virtualaz.org-ən məlumatına görə,  söhbət “Azpetrol”un səhmlərinin vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşına məxsus olmuş hissəsindən gedir.

Türkiyədə “Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri Erdoğan Dəmirörən vəfat edib.  Türkiyə mediası  xəbər verir ki, hakimiyyətə yaxın iri iş adamı Dəmirörən uzun müddətdir ağır xəstəlikdən müalicə alırdı. Məlumatda 79 yaşlı Demirörənin “bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyi” bildirilir


Erdoğan Demirörənin müalicə olunduğu “Florence Nightingale” xəstəxanası bundan əvvəl verdiyi açıqlamanı geri çəkərək iş adamının öldüyünü təsdiqləyib.
Türkiyə KİV-ləri xəbər verir ki, xəstəxananın tibb direktoru Özgür Şamildil mətbuat konfransı keçirərək “bütün səylərə baxmayaraq” reanimasiya həkimlərinin Demiröreni xilas edə bilmədiklərini, onun yerli vaxtla saat 11.53-də keçindiyini açıqlayıb.
Qeyd edək ki, Erdoğan Dəmirörən  adı son aylar Türkiyənin gündəminə   “Doğan Medya” qrupunun səhmlərini almaqla gündəmə gəlmişdi.  Erdoğan Demirörən çoxsaylı qəzet və televiziyaların sahibi olduğu üçün ona Türkiyənin “Rupert Merdoku” (amerikalı mediamaqnat) da deyirdilər.
Erdoğan Dəmirörən 1938-ci ildə anadan olub, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörənin atasıdır. Onun başçılıq etdiyi holdinqdə sıxılmış qaz (LPG) biznesi ilə məşğul olan çoxsaylı şirkətlər, habelə Türkiyənin “Milliyet”, “Vatan” kimi iri qəzetləri, o cümlədən “Doğan Medya” qrupunun səhmlərinin alınması nəticəsində bu qrupun çoxsaylı KİV-ləri-“Hürriyet”, “Posta”, CNN Türk, Kanal D və digərləri birləşib. Habelə “Demirören Holding” otelçilik, inşaat və biznesin bir çox digər sahələrində də fəaliyyət göstərir.
 Türkiyə mediası Erdoğan Demirörənin Azərbaycanda da yatırımları olduğunu, onun “Azpetrol” şirkətini və Azərbaycanın ən iri metallurgiya zavodlarından olan “Azərelektroterm”i aldığını yazır. Virtualaz.org-ən məlumatına görə,  söhbət “Azpetrol”un səhmlərinin vaxtilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşına məxsus olmuş hissəsindən gedir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam