Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Türkiyənin dostu qalmadı”



   “Ərdoğanın yeni Türkiyəsi təklənməyə doğru gedir. Türklərin bir sözü var: türkün türkdən başqa heç kimi yoxdur. Ərdoğanın hakimiyyəti dövründə bu ifadə hərfi mənada həqiqət olur”. 

   "Xeberinfo.com": AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC yayıb.

    Məlumatda deyilir ki, Ərdoğanın 11 illik baş nazirliyi dövründə Türkiyə Avropa Birliyinə üzv olmaq üçün danışıqlar apardı və Türkiyənin müxtəlif ölkələrdə, xüsusilə Afrikada diplomatik təmsilçiliklərinin sayı kəskin artdı. 

“İstanbul dünyanın ən böyük hava limanlarından birinə çevrildi. Ancaq son 2 ayda nəsə dəyişib. Dünya səviyyəli dövlət xadimləri indiyə kimi bura gəlir. ABŞ vitse-prezidenti Co Baydenin bu həftə Türkiyəyə səfəri gözlənilir. Keçən ay BMT Baş Məclisində yeni yerlərə səsvermə olanda Türkiyə əmin idi ki, bu yerə məhz Türkiyə seçiləcək, ancaq seçilmədi, İspaniya və Yeni Zelandiyaya uduzdu.Bu, Ərdoğanın üzünə şillə oldu. Bütün bunlar Ərəb Baharından başlandı. Türkiyə düzgün tərəfləri, hədəfləri seçmədi. Türkiyə Müsəlman Qardaşlığını dəstəklədi və Bəşər Əsədin yıxılmasına çalışdı. Hazırda Türkiyənin Misirdə səfiri yoxdur. Çünki indiki prezident Abdula Fattah al-Sisi hakimiyyətə gələndə Ərdoğan onu “seçilməmiş müstəbid”, tiran adlandırmışdı. Suriya da Türkiyə üçün problemə çevrildi, Türkiyə cihadçıların öz ərazisindən Suriyaya keçməsinə icazə verirdi, bununla da Türkiyənin İraq, İran və Səudiyyə Ərəbistanı ilə münasibətləri korlandı. Vaxtilə Türkiyənin İsraillə strateji tərəfdaşlığı var idi, Ərdoğan İsrail hakimiyyətinin Qəzzanı bombalamasını Holokosta bənzədərək, öz səfirini Tel-Əvivdən geri çağırdı. İndi Türkiyənin, hətta ABŞ-la münasibətləri də korlanıb. Vaşinqton İslam Dövləti yaraqlılarına qarşı koalisiya yaradanda Türkiyə qıraqda dayandı. Türkiyə ABŞ-a özünün İncirlik hərbi bazasından istifadə etməyə icazə vermədi. Ərdoğan istəyirdi ki, ABŞ Bəşər Əsədin devrilməsini və Suriya üzərində uçuşlardan azad zona yaradılmasını da məqsəd qoysun. Keçən ay Ərdoğan ABŞ prezidentinə bildirdi ki, ABŞ kürd yaraqlılarını silahlandırmasın. Ancaq bundan bir neçə saat sonra ABŞ havadan kürdlərə silah, sursat yağdırdı. Bu, aranın dəyməsinin aydın əlaməti idi. Ərdoğan “yeni Türkiyə” yaratdığını deyir. Başqaları bu Türkiyəyə qütbləşmiş, xoşbəxt olmayan Türkiyə deyir. İstənilən halda , bu Türkiyənin daxildə və xaricdə dostları sürətlə yoxa çıxır”, - deyə ingilis mediası yazıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam