Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda yeni istifadəyə verilən tuneldə qəza

 

6254c43029363772656799c25c530a12

 

    Bakının Nərimanov rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

   "Xeberinfo.com": APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində, yeni istifadəyə verilən tuneldə qeydə alınıb. “20 Yanvar” metro stansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olan “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib və maşını qarşısında hərəkət edən 54 yaşlı Vahab Nuriyevin idarə etdiyi “Mercedes» markalı minik avtomobilinə çırpıb.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hər iki maşın evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Sürücülər isə izahatları alınması üçün polis idarəsinə aparılıblar. Hadisə yerində olan Nərimanov Rayon Polis idarəsinin əməkdaşlarının verdiyi məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam