İş adamı fəhlələrin pulunu vermir
O, törətdiyi əməllərə görə ölkə rəhbərliyi tərəfindən cəzalandırıla bilər
"Xeberinfo.com": Redaksiyamızın elektron ünvanına bir qrup vətəndaş adından şikayət xarakterli ərizə daxil olub.Ərizənin saytımız vasitəsilə cənab Prezident İlham Əliyevə və Baş Prokuror Zakir Qaralova catdırılması xahiş olunur.Şikayətçilər qeyd edirlər ki, bir ilə yaxın müddət ərzində "Xalqlar Dostluğu" yarmarkasının sahibi İman Quliyevin Novxanıdakı villasında işləmişlər.İşin əvvəlində onlara müəyyən zəhmət haqqı ödənsə də, sonda İman Quliyev müxtəlif bəhanələr gətirərək onlara olan 50-60 min manatlıq borcunu ödəməkdən imtina edib.Məktub müəllifləri onu da bildirirlər ki,İman müəllimin oğlu Araz və Mətləb adlı mühasib onları təhqir edərək qovmuş,özlərini yaxşı aparmayacaqları halda "bandotdel"ə aparılacaqlarını deməklə hədələmişlər.Sonuncu dəfə isə İman Quliyev şəxsən özü villasında üzlük daş işi görən fəhlələrin rəhbəri İslamı hədələyərək ofisindən qovmuşdur
Şikayətcilər bir ilginc məqama da toxunaraq yazırlar ki,bu ilin yayında İman Quliyevin məlum villasında işləyərkən Salyan rayon sakini Rzayev Orxan Ağayar oğlu yıxılaraq çox ağır zədə almış,bir neçə gün ,,Semaşko,,kimi tanınan Musa Nağıyev adına 1 saylı şəhər klinik xəstəxanasında koma vəziyyətində qaldıqdan sonra avqust ayının 2-də vəfat etmişdir.Ən dəhşətlisi isə odur ki, "Nyu Sfera" şirkətlər qrupunun prezidenti İman Quliyev bu günə qədər də mərhuma çatası əmək haqqını ödəməmiş, villasında işlətdiyi bu şəxslərlə heç bir əmək müqaviləsi bağlamamışdır.
Hörmətli oxucular! Bu ərizə redaksiyamıza daxil olduqdan sonra,ərizədə çox ciddi məqamlara toxunulduğundan obyektivliyin qorunması naminə müəyyən araşdırma və dəqiqləşdirmə aparmaq zərurəti yarandı.Əvvəlcə baş vermiş ölüm hadisəsinin doğru olub olmamasını yoxlamaq ücün yuxarıda adı kecən xəstəxana ilə əlaqə saxladıq.Xəstəxana rəsmisi bizimlə söhbətində faktı təsdiqləyərək bildirdi ki,həqiqətən də 2014-cü il iyul ayının 17-də Rzayev Orxan Ağayar oğlu ağır kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib və avqust ayının 2-də burada vəfat edib.Abşeron rayon Polis şöbəsindən də faktı təsdiqləyərək bildirdilər ki,bu iş rayon prokurorluğundadır.Faktı Abşeron rayon prokurorluğu ilə dəqiqləşdirmək istiqamətində səylərimiz davam edir.
Biz şirkət prezidenti İman Quliyevin Novxanıdakı villasında da olduq.Yeri gəlmişkən bildirək ki,geniş bir ərazini əhatə edən bu tikili evdən çox möhtəşəm bir sarayı xatırladır.Yiyəsinin sağlığına qismət.Həqiqətən də çox möhtəşəm bir layihədir.Villada işlər hələ davam edir.Həyətdə son tamamlama işləri aparan fəhlələrlə söhbətdən məlum oldu ki,onlarla da hec bir müqavilə-filan bağlanmayıb.Deməli,mərhum Orxanın faciəvi ölümü şirkət prezidentini qətiyyən narahat etməyib.Əgər narahat etsəydi özünün 25-30 milyonluq villasına çəkdiyi xərcin cüzi bir hissəsini təşkil edən pulu - bu zavallı fəhlələrin qan pulunu vaxtında ödəyərdi.
Əziz oxucular! Yəqin sizin də inanmağınız gəlmir ki,ilin –günün bu vaxtında bir iş adamı bu cür hərəkət edə bilsin.Axı son dövürlər ölkədə baş verən proseslər hamıya məlumdur.Hörmətli cənab Prezidentin Quba və İsmayıllı rayonlarında baş verənlərə görə qudurğan məmurları,məmur övladlarını və onların himayədarlarını necə qətiyyətlə cəzalandırdığı hamımızın gözü qarşısında baş verdi, Belə harinlamış məmur övladlarından birinin aeroport yolunda torətdiyi qanlı hadisə də anında cənab İlham Əliyev tərəfindən öz adekvat cavabını aldı.Həmin şəxs törətdiyi cinayətə görə həbs edildi,onun atası Mübariz Mədətov isə vəzifəsindən qovuldu.Eyni xarakterli bir sıra hadisələri də sadalamaq olar.
Yaxşı,bəs görəsən İman Quliyev kimə,nəyə arxayındır ki,sayı hesabı bilinməyən obyektlərində səhərdən axşama qədər qul kimi işləyən fəhlələrin hec bir hüququnu təmin etmir,onlarla əmək müqaviləsi bağlamır,tikintidə təhlükəsizlik qaydalarına əməl etmir,vergidən yayınır və hətta yıxılıb ölən işçilərin qanını batıra bilir
Apardığımız qısa bir araşdırmadan sonra ,,xoruzun quyruğu,, görünməyə başladı.Məlum oldu ki, İman Quliyev ölkədə kifayət qədər nüfuzlu olan nazirlərdən birinin qardaşı ilə qudadır.Kürəkəni isə Bakının rayonlarından birinin prokurorudur.Yəqin elə buna görə də ölüm hadisəsini rahatca ört basdır edə bilir,işlətdiyi fəhlələrin pulunu vermir və s.
Hörmətli oxucular! Biz həmin Nazirin və Prokurorun kimliyini bilsək də,onların adlarının acıqlanmasını hələlik lazım bilmirik.Xüsusilə də adını cəkmək istəmədiyimiz naziri yerində olan,işini bacaran bir adam kimi tanıdığımız üçün əvvəlcə onun bu məsələlərdən xəbərdar olub olmamasını dəqiqləşdirməyə calışacağıq.Biz düşünürük ki,hörmətli nazirin İman Quliyevin bu əməllərindən xəbəri yoxdur.Əgər olsaydı onun nüfuzuna xələl gətirə biləcək hərəkətlər edən bu adamı özü cəzalandırardı.
Respublika Prokurorluğunun və Dövlət Əmək Müfəttişliyinin yazıda göstərilən bəzi məqamlarla bağlı münasibətini,sorğularımıza müvafiq cavablar aldıqdan sonra növbəti yazılarımızda oxucularımızın diqqətinə çatdıracağıq.
Mövzunun davamı olacaq ...