Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qarabağ əlili arabasını yandırdı

 

 

 

    "Xeberinfo.com": Qarabağ müharibədə hər iki əl və ayağını itirmiş Qarabağ qazisi Elnur Əfəndiyev Leyla Əliyevanın ona bağışladığı əlil arabasının təmirinə pul tapmadığına görə yandırıb. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həmçinin digər əlaqədar qurumlara video müraciət edərək bildirib ki, əlil arabası onun əli və ayağı olub. Lakin platası yandığı üçün artıq 1 ildir ki, həyətinin bir küncündə qalıb. Platanın təmiri mümkün deyilmiş. Təzəsinin qiyməti 2500-3000 manat arası dəyişir ki, bu da qazinin 2-3 illik təqaüd pulu edir. Elnur Əfəndiyev hazırda əyləşdiyi əlil arabasının idarəsinin isə onun üçün çox çətin olduğunu bildirib”.

O, Azərbaycanda əxlaqsızlıq yuvalarının, restoranların açılmasındansa, elektron  əlil  arabalarının, arabaların aksesuarlarını ehtiyat hissələrini, elektron protezləri hazırlayan mərkəzlər tikilməsinin vacibliyini deyib: “Biz əlilləri də nəzərə alın. Mən bu xəstəliyi anamın qarnında, yaxud yol qəzasında qazanmamışam. Bu əlilliyi 17 yaşımda Ağdamda ermənilərlə üz-üzə döyüşdə qazanmışam. Ay bədbəxtlər, bizi də bir düşünün. Mən 2000 manatı hardan tapım?”

Bu sözlərdən sonra Qarabağ qazisi arabasına od vurur və deyir ki, “bu platanı Leyla xanımdan hədiyyə saxlayıb şəxsi kolleksiyalarımın arasına qoyacam”.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam