Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Neftçinin 100-ə yaxın fanatı həbs olunub

 

Dünən 100-ə yaxın "Neftçi" azarkeşi həbs olunub. 

"Xeberinfo.com" futbol11-a istinadən xəbər verir ki, onlar müxtəlif məkanlardan birbaşa tutularaq polis bölmələrinə aparılıblar.

Buna səbəb Bakıda "Partzan"ın avtobusunun daş-qalaq edilməsi olub. Serbiyanın ölkəmizdəki səfirliyi bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra da azarkeşlərin kütləvi həbsi başlanılıb. Həbs olunanların çoxu "Forza Neftçi" azarkeş qrupunun üzvləridi.

Artıq "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov xəbəri təsdiqləyib: "Bəli, bu doğrudu. Serbyanın ölkəmizdəki səfirliyi "Partizan"ın avtobusunu daşlayan azarkeşlər barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra da azarkeşlər həbs olunub. Bu barədə ətraflı məlumatı hüquq-mühafizə orqanları verə bilər. Amma, bildirmək istəyirəm ki, həmin hadisə stadion ərazisində olmayıb. Stadionda kənar baş verən hadisədi. Biz hər zaman azarkeşlərimizin arxasındayıq. Ölkə çempionatımızda da dəfələrlə "Neftçi"nin avtobusu daşa basılıb. Düşünürəm ki, bunu bu qədər şişirtmək lazım deyildi. Dediyim kimi, məsələ klubumuzun diqqət mərkəzindədi".

***

Son məlumata görə, həmin azarkeşlərin xeyli hissəsi dindirildikdən sonra sərbəst buraxılıblar. Amma hələ də saxlanılan azarkeşlər var. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam