Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MTN polkovniki özü ilə hansı sirləri aparıb? -ŞOK İTTİHAM

 

İddia olunur ki, Qusar MTN-in sabiq rəisi Nazim Fətullayevin köməkliyi ilə istirahət mərkəzlərində dincəlməyə gəlmiş məmurların gizli videoları çəkilib


Yenixeber.org:   Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar Rayon Şöbəsinin sabiq rəisi, xüsusi xidmət orqanlarının polkovniki Nazim Fətullayev axtarışa verilib. Yayılan məlumatlarda N.Fətullayevin axtarışa verilməsinə səbəb kimi onun külli miqdarda dövlət əmlakını mənimsəməsi və müxtəlif banklardan götürdüyü krediti ödəməməsi göstərilir. Qeyd olunur ki, N.Fətullayev dəfələrlə məhkəmə çağırışlarından və istintaqdan yayındığına görə axtarışa verilib.


Musavat.com-a daxil olan məlumata görə, sabiq rəisin MTN-in rəhbərliyi ilə sıcaq münasibətləri olub. Eldar Mahmudovun MTN-də mənzillənən çetesinin üzvləri hazırda axtarışda olan sabiq rəis üzərindən, onun köməkliyi ilə Qusardakı istirahət mərkəzlərində dincəlməyə gəlmiş məmurların gizli videoların çəkilməsini təşkil ediblər. Sonradan belə kompromatlardan istifadə etməklə məmurlar şantaj edilib, E.Mahmudovun çetesinin nəzarəti altına alınıb.


Belə ehtimallar var ki, sabiq rəisi məhkəməyə bank məsələsi ilə bağlı çəksələr də, faktiki olaraq ondan qeyri-rəsmi olaraq gizli çəkilən videomateriallar, başqa sözlə desək, kompromateriallar tələb olunub. N.Fətullayev əlindəki materialları verməmək üçün aradan çıxıb. Onun barəsində elan olunmuş həbsli axtarış yaxın vaxtlarda nəticə verməsə, barəsində İnterpol vasitəsilə də axtarış elan ediləcək.

Image result for Eldar Mahmudov


Qeyd edək ki, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra tam çevrəsi bilinməyən şəxslər barədə şantaj xarakterli videomateriallar topladığı bilindi. Hazırda ABŞ-da yaşayan MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində demişdi ki, Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlər var.


Keçmiş MTN zabiti Mahmudovun videotekasındakı CD-lərin konkret sayını da açıqlamışdı - 2 min 800 şantaj videosu. Ərəstun Oruclu 2800 rəqəminin ona mötəbər mənbələrdən verildiyini diqqətə çatdırmış, lakin başqa detallar haqda danışa bilmədiyini söyləmişdi. E.Mahmudovun “kinoçəkən”lərinin kameralarının hədəfində jurnalistlərin, ictimai fəalların, tanınmış şəxslərin, o cümlədən yüksək vəzifəli məmurlar və ailə üzvləri olduğunu açıqlamışdı. Ə.Oruclu həmin videoların hazırda harada olduğu haqda məlumatsız olduğunu da vurğulamışdı.

Image result for Eldar Mahmudov şantaj videosu musavat.com


Eldar Mahmudov 10 ilə yaxın Azərbaycanın milli təhlükəsizlik naziri olub. Bundan əvvəl isə hüquq- mühafizə orqanlarında yüksək vəzifələrdə çalışıb. Onun milli təhlükəsizlik naziri kimi fəaliyyəti dövründə çox təhlükəli oyunlara baş vurmasının fərqində olmaması, sadəcə, inandırıcı deyil. E.Mahmudov gec-tez əməllərinin üstünün açıla biləcəyini fəaliyyəti dövründə çox ciddi şəkildə nəzərə alıb. Onu 2 il əvvəl tutduğu vəzifədən çıxarıblar, əmrinə müntəzir olan idarə rəislərinin bəzilərini həbsə göndəriblər. Eldar Mahmudovun özü isə azadlıqdadır. Onu niyə görə həbs etmirlər? Bəlkə həbs edə bilmirlər?

Rəsmilər bu haqda susur. Mətbuatda isə E.Mahmudovun həbs edilməməsi ilə bağlı ən ağlabatan versiyalardan, iddialardan biri əlindəki şantaj videoları, kompromatların onu həbsdən sığortalaması ilə əlaqəlidir. Belədirsə, sabiq nazirin əlindəki materialları, onu həbsdən qurtaran videoları harada, kimdə saxlanıla bilər? Bu saul açıq olaraq qalmaqdadır. Digər tərəfdən, Eldar Mahmudov 2004-cü ildə nazir təyin olunandan 8 ay sonra - 2005-ci ilin martında “Qara kəmər” əməliyyatı baş tutdu. MTN-in gerçəkləşdirdiyi əməliyyat zamanı Hacı Məmmədovun bandası ifşa edildi. Bu əməliyyat Azərbaycanda uzun illər adam oğurlayan, sifarişlə qətl törədən Hacı Məmmədovun bandasının fəaliyyətinə son qoydu. Əməliyyatın planlaşdırılmasına rəvac verən isə 2005-ci il fevralın 10-da şəhərin mərkəzindən Zamirə Hacıyevanın oğurlanması faktı idi.

Image result for Hacı Məmmədov

Hacı Məmmədov Eldar Mahmudovun gələcək qudası Zamirə Hacıyevanı oğurlayıb özünün 2-ci həyat yoldaşı Nailə Bağırovanın Keşlə qəsəbəsindəki evində girovluqda 1 ay saxlamışdı. Z.Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyevdən 10 milyon avro tələb etmişdilər. “Qara kəmər” keçirilərkən Z.Hacıyevanın saxlandığı yerin qapısı önündə dayanmış banda üzvü odlu silahdan açılan atəşlə öldürülmüşdü. Bu iş üzrə məhkəmə araşdırmaları aparılarkən məlum olmuşdu ki, Hacı Məmmədovun evindəki gizli saxlanc yerindən çoxsaylı videomateriallar götürülüb. Komromat xarakteri daşıyan həmin materiallar məhkəmə və sonrakı dövrdə üzə çıxarılmadı.

O dövrdə yayılan məlumatlardan belə aydın olurdu ki, Hacı Məmmədovun Qusardakı, o dövrlər üçün prestijli məkan kimi tanınan “Qarabulaq” istirahət mərkəzinə gələn məmurlar, müğənnilər və digər şəxslər gizli olaraq videoya çəkilib və sonradan şantaj olunublar. Mümkündür ki, Hacı Məmmədovun həbsindən sonra onun funksiyasını Qusarda N.Fətullayev həyata keçirib. Onun vasitəsilə MTN çetesi ölkənin ucqarlarında belə maraqlarına uyğun komromateriallar toplayıblar. İndi isə E.Mahmudov vəzifədə deyil və onun şəxsinə biət edən çoxsaylı işverənlərindən biri kimi N.Fətullayev təqib edilməyə başlayıb. Məsələnin bu tərəfi də var ki, o, həbs olunsa belə, ictimaiyyətə topladığı kompromaterialların məğzi haqda çətin ki, məlumat verilər. Ən yaxşı halda bank borcu məsələsi haqda bir qədər geniş məlumat verilməsi də təəccüblü olmaz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam