Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

ELDAR MAHMUDOVUN QALDIĞI YER BİLİNDİ

4110279

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov hal-hazırda Bakının Nardaran qəsəbəsində qalır.

Xeberinfo.com:  Modern.az saytının etibarlı mənbədən əldə etdiyi xəbərə görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş şefi özünün Nardarandakı bağ evində həyat yoldaşı ilə birlikdə yaşayır.

Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Eldar Mahmudovun Nardarandakı villasını xüsusi xidmət orqanlarının əməkdaşları ciddi nəzarət altında saxlayırlar.

Belə ki, keçmiş MTN generalının qaldığı villanın ətrafı, girişi-çıxışı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən 24 saat ərzində tam nəzarət altına alınıb.
Eldar Mahmudovun yaşadığı evdən girib-çıxması, hər bir hərəkəti ciddi şəkildə izlənilir.
Keçmiş nazirin bəzi günlərdə nəzarət altında şəhərə çıxdığı və bəzi şəxslərlə görüşdüyü də bildirilir.

Xatırladaq ki, ötən il oktyabrın 17-də prezident İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqda sərəncam imzalamışdı.
Həmin sərəncamdan sonra keçirilən əməliyyat nəticəsində MTN-də fəaliyyət göstərən quldur dəstəsi saxlanıldı. Dəstə üzvlərindən bəzilərinin cinayət əməlləri üzrə aparılan istintaq işi yekunlaşdırğından artıq məhkəmə qarşısına çıxarılanlar da var.

Məsələn, Sabunçu Rayon Məhkəməsində MTN-in başkəsən generallarından biri, Eldar Mahmudovun “vuran əli” Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və işçiləri – Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanovun cinayət işi araşdırılır.
Hazırda həbsdə Eldar Mahmudovun komandasına daxil olan, 22 MTN-çi saxlanılır. Daha 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam