Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MTN zabitinin ov həvəsi və 2 milyonluq mənimsəmə -MƏHKƏMƏ

 

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Xeberinfo.com:   Musavat.com xəbər verir ki, sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan MTN zabitinin məhkəməsi hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilib.

Məhkəmə prosesində təqsirləndirilən MTN zabiti Vüsal Ələkbərovun qardaşı Əlvan Ələkbərov ifadə verib.

Əlvan Ələkbərov zərərçəkmiş iş adamı Hüseyn Səfərovun epizodu üzrə ifadə verib.

İttihama görə, Vüsal Ələkbərov mütəşəkkil dəstə tərkibində birləşərək, Hüseyn Səfərovu “Texnikabank” ASC-nin “Bakı” filialının rəhbər şəxsləri ilə cinayət əlaqəsinə girməkdə ittiham ediblər. Hüseyn Səfərovu həbs edən Vüsal Ələkbərov və digər şəxslər ondan həbsdən azad edilməsi üçün 2 milyon dollar alıblar.

Məhkəmədə məlum olub ki, şahid qismində ifadə verən Əlvan Ələkbərov Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsinin baş müstəntiqidir.

Polis mayoru olan Əlvan Ələkbərovun sözlərinə görə, təqsirləndirilən Vüsal Ələkbərov onun böyük qardaşıdır: “Dəqiq vaxtını xatırlamasam da, 2010 və yaxud 2011-ci ilin isti aylarından birində işdən evə gəldim. Təxminən saat 21 radələri olardı. Vüsal mənə zəng vurdu və dəniz vağzalının yanına çağırdı. İsti idi, işdən gəlmişdim, həm də yorğun idim. Buna baxmayaraq, böyük qardaşım məni çağırdığı üçün ora getdim. Maşınımı saxlayandan sonra qardaşımın dediyi kafeyə getdim. Orada qardaşım 2-3 nəfər ilə əyləşib çay içirdilər. Onların ləhcəsindən naxçıvanlı olduqlarını başa düşdüm”.

Şahid Əlvan Ələkbərov deyib ki, həmin vaxt orada sonradan adını Hüseyn olaraq bildiyi şəxs “Vinçester” silahı qardaşı Vüsala verib: “Qardaşım əvvəlcə silahı götürmək istəməyib, amma çox üz vurandan sonra qardaşım silahı götürüb. Sonra qardaşımla birlikdə mənim maşını saxladığım yerə gəldik. Orada qardaşıma dedim ki, bu nə silahdır, götürübsən? Dedi ki, üz vurdu götürdüm, apar evdə saxla, özüm yoxluyacam, ov üçün yararlı olsa, istifadə edəcəm. Yenə də dedim ki, bu silah bir qəpiyə dəyməz. Vüsal dedi ki, yoldaşlardır, hörmət edirlər, onlara yaxşılıq etmişəm, götürməsəm, yekaxanalıq kimi çıxacaq. Bundan sonra qardaşıma bir söz demədim, silahı götürərək, evə getdim. Həmin silahı evdə saxladım”.

Qardaşının həmin silahı sonradan evdən götürdüyünü deyən Əlvan Ələkbərov silahın harada olmasından xəbərinin olmadığını qeyd edib.

“Vüsal silahı nə edib, bunun bilməmişəm. Vüsal mənim böyük qardaşımdır, ona bu barədə sorğu-sual etməmişəm. Dəqiq xatırlayıram ki, hadisə 2010-cu ildə baş verib. Buna Qurana da and içə bilərəm, çünki bu hadisə toyumdan sonra baş verib”- deyə şahid bildirib.

Zərərçəkmiş Hüseyn Səfərov isə şahidin ifadəsinə etiraz edib və bildirib ki, Vüsal Ələkbərov ondan silahı hədə-qorxu yolu ilə alıb.

Onun bildirdiyinə görə, həbs edildiyi zaman evində əməliyyat-axtarış tədbirlər keçirilib: “Həmin zaman Vüsal Ələkbərov evimdə silahı görüb və həmin silahdan xoşu gəlib. Buna görə də məndən silahı tələb edib. Mən də silahı ona verdim ki, başımı sonra ağırtmasın. Silahı Vüsala hədiyə etməmişəm. Bu silahı da Vüsala 2010-cu ildə yox, 2009-cu ildə vermişəm. Həmin dövrdə mənim işim üzrə MTN-də istintaq aparılırdı”.

Sonra isə Əlvan Ələkbərov zərərçəkmişin yalan danışmasına etiraz edib: "Hüseyn Səfərov həmin vaxt silahı götürməyəndə naxçıvanlı ləhcəsi ilə dedi ki, da bunu qəbul etməsəydin, bu boyda balaca şəhərdə üz-üzə gəlməyək”.

Bu sözlər isə məhkəməni daha da gərginləşdirib.

Şahidin bu hərəkəti Hüseyn Səfərovu hövsələdən çıxarıb: “Hörmətli hakim, şahid burada özünü müstəntiq kimi aparır. Bizim ayağımızın bildiyini bunun başı bilmir, burada naxçıvanlıları təhqir edir. Məndə Quran var, and içsin ki, yalan danışmır. Məndən silahı Vüsal hədə-qorxu yolu ilə alıb”.

Hakim də zərərçəkmişin sakit olmasını, Qurana and içmək üçün əsas olmadığını deyib. Hakim əlavə edib ki, şahid burada müvafiq qanuna and içib və yalan danışdığı halda məsuliyyət daşıyır.

Hüseyn Səfərov da qeyd edib ki, Vüsal Ələkbərov silahı ondan götürəndən sonra öz adına keçirib və həmin silahı tapmaq mümkün deyil: “Silah mənim adıma olub. Bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişəm, belə silahın sənədləri tapılmayıb. Burada yalan danışmaq lazım deyil. Nəyimiz var bunlara vermişik, indi də malımızı istəyirik. Bu silahı hədiyyə verməmişəm, şahid yalan danışır. Silah söhbəti 2009-cu ildə olub. Vüsal pivəxanada idi, məni çağırdı, silahı istədi. Amma şahid silah söhbətinin 2010-cu ildə baş verdiyini deməkdə məqsədi məsələni yayındırmaq olub. Guya söhbət gedən dövrdə məhkəməm bitmiş olub. Amma silahı 2009-cu ildə vermişəm, silahı verdiyim dövrdə də məhkəməm gedib”.

Məhkəmə Vüsal Ələkbərova da söz verib.

MTN zabiti bildirib ki, həmin silahı Hüseyn Səfərovdan hədə-qorxu yolu ilə almayıb: “Məni tanıyanlar bilir ki, ov həvəskarıyam. Hüseyn Səfərov da silahı mənə gətirdi, bildirdi ki, bu silahı mənə hədiyyə edir. Düzdür, qardaşım bu silahın yaxşı olmadığını deyib. Amma dedim ki, apar evə, yoxlayacam. Sonra silahı götürdüm və yoxladım, istifadəyə yararsız olduğu üçün dənizə atdım”.

V.Ələkbərov söyləyib ki, həmin silahı özündə saxlaması barədə heç bir məsuliyyət daşımır: “Bildiyiniz kimi mən hərbi qulluqçuyam, odlu silah saxlamaq hüququm var. Həmin silah da ov silahı olub, burada hər hansı bir cinayət məsuliyyəti yoxdur”.

Hakim isə deyib ki, qanunsuz silah saxlamaqla bağlı Vüsal Ələkbərova ittiham verilməyib. Onun sözlərinə görə, “Vinçester” silahını saxlamağa görə, İnzibati Xətalar Məcəlləsində məsuliyyət yaranır, cinayət məsuliyyəti yoxdur.

Növbəti məhkəmə prosesi fevralın 16-na təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam