Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Çovdarov son sözünü bitirdi, hökm oxunacaq:

                               Fasilədən sonra Akif Çovdarov son sözünü yekunlaşdırıb.

 Yenixeber.org:Həbsdəki general çıxışında istintaq orqanın işi araşdırmasından və ona qarşı davranışından gileylənib.

"Mən dövlətə xidmət etmişəm. İstintaq orqanı mənlə elə davranırdı ki, ya hər şeyi danışım, ya da özümü öldürüm. İstəyirdilər ki, özümü öldürmək həddinə çatım. Amma mən zəif adam deyiləm ki, bunu edim. Və bunu etmədim"- deyə Çovdarov bildirib.

Məhkəmə təqsirləndirilən şəxslər barəsində qərar qəbul etmək üçün müşavirəyə çıxıb.

Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

***

Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edir.

 Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndidilən şəxslər son sözlə çıxış edir.

Vəkil Şahin Rəfiyev bildirib ki, A.Çovdarov ittihamları qəbul etmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. 

Akif Çovdarov son sözündə bildirib ki, MTN-də işlədiyi vaxtdan ona qarşı qərəz olub: "Ölkəmə, dövlətimə xidmətlərim olub. MTN-də işlədiyim vaxtlardan mənə qarşı qərəzli münasibətlər aparılıb"- deyən Çovdarov ittihamlarla razılaşmadığını və böhtan olduğunu bildirib.

Hazırda məhkəmə iclası davam etdirilir.

Bildirək ki, prokuror Akif Çovdarova cəza istəyib. Dövlət ittihamçısı Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Prokuror Səlim Məmmədov 12 il, Akif Əliyevlə Orxan Osmanovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini lazım bilib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.(musavat)

İlkin Muradov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam