Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bir qrup qiyamçı türk hərbçilər Hollandiyaya sığındı

turk

Hollandiya Avropa ölkələrində hərbi xidmətdə olan bir qrup türk hərbçinin siyasi sığınacaqla bağlı müraciətinə müsbət cavab verib.

Xeberinfo.com:   BBC-nin verdiyi xəbərə görə, həbs olunmaq ehtimalı olan hərbçilər Türkiyəyə qayıtmaqdan imtina ediblər.

Sayları açıqlanmayan hərbçilərin 18 ay ərzində Hollandiyada qalmasına razılıq verilib.

Hollandiya bu müddətdə həmin hərbçilərin günahsız olub-olmadığını araşdıracaq. Günahsız olduqları sübuta yetiriləcəyi təqdirdə onlar ailələri ilə birlikdə Hollandiyada yaşamaq icazəsi əldə edəcək, Türkiyəyə təhvil verilməyəcəklər.

Bildirilir ki, rəsmi Ankara həmin hərbçilərin ölkəyə qayıtmasını tələb edib. Onlar isə həbsdən çəkinərək sığınacaq istəyiblər. Hollandiya dövlət televiziyası 15 iyul – hərbi çevrilişə cəhd hadisəsindən 100-dən çox türk hərbçinin xaricdən siyasi sığınacaq istədiyini açıqlayıb.

Almaniya mətbuatı NATO-da xidmətdə olan ən az 40 türk hərbçinin bu ölkədən sığınacaq istədiyini yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam