Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirliyin şöbə rəisi dindirildi –Həbsdəki gəlininə görə

nigar ekberova emek

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xeberinfo.com:   Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə L.Əkbərovanın qayınanası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləyən Nigar Əkbərova ifadə verib.

O zərərçəkən Dəyanət Məmmədovun saxta yolla Naxçıvan Dövlət Universitetində ikinci təhsil alması üçün tələbə kimi düzəldilməsindən məlumatı olmadığını deyib: “Mən həmin vaxt Almaniyada olmuşam, telefonlarım da sönülü olub. Heç kimlə telefonla danışmamışam”.

Zərərçəkən Anarə Məmmədovanın vəkili Vasif İsrafilov mobil operatordan sorğu verərək alınan məktubu məhkəməyə təqdim edib.

Məktubda qeyd olunub ki, N.Əkbərova Almaniyada olarkən oğlu Mahir Əkbərovla bir neçə dəfə telefonla danışıb.

N.Əkbərova belə bir halın ola biləcəyini, amma unutduğunu deyib: “Ola bilər universitetə qəbulla bağlı da nəsə soruşub, maraqlanıblar. Amma sənəd düzəldilməsində heç bir iştirakım olmayıb”.

N.Əkbərova hakimin sualına cavab olaraq bildirib ki, işlədiyi dövlət qurumunda pensiyaların düzəldilməsi üçün heç bir saxta sənəd hazırlamayıb.

Məhkəmə prosesi yanvarın 18-də davam etdiriləcək.

Qeyd edək ki, M.Əkbərov Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olub. Bu hadisədən sonra polis sistemindən uzaqlaşdırılıb. Hazırda onunla bağlı saxta sənəd hazırlama və dələduzluq maddələri ilə cinayət işi ayrıca icraata verilib.(qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam