Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Polis rəisinin arvadına hökm oxundu -9 İL

1494412230-5494

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenixeber.org:  Gununsesi.info-nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə L.Əkbərovanın 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onun ittiham olunduğu 320-ci maddə üzrə cinayət işinə xitam verilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında L.Əkbərovanın 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilib. O, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. Bu hadisədən sonra polis sistemindən uzaqlaşdırılıb. Hazırda onunla bağlı saxta sənəd hazırlama və dələduzluq maddələri ilə cinayət işi ayrıca icraata verilib.

L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam