Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq nazirin əmlakına həbs qoyuldu –Mənzil və 10 torpaq sahəsi

UlyukayevRusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin əmlakının bir qisminə həbs qoyulub.

Xeberinfo.com:   Onların arasında Smolenskdə Ulyukayevə məxsus bir mənzil və 10 torpaq sahəsi də var.

Keçmiş nazirin Krımda daha 5 torpaq sahəsi və 161 kvadratmetrlik mənzilinin olduğu bildirilir.

Ulyukayev bu il noyabrın 15-də rüşvət ittihamı ilə həbs olunub. Onun «Rosneft»dən 2 milyon dollar rüşvət aldığı iddia edilir.

İddiaya görə, o, bu pulu «Başneft» şirkətinin dövlət səhmlərini ala bilmək üçün «Rosneft»ə müsbət rəy verməsi müqabilində alıb.

Maraqlıdır ki, Ulyukayev «Rosneft»in başqa bir dövlət neft şirkəti olan «Başneft»in səhmlərini almasının əleyhinə idi. O, hökumətə bu məsələni başqa variantlarla həll etməyi təklif etmişdi.

Üstəlik «Rosneft»lə bağlı bütün işlər hökumət səviyyəsində və ölkənin birinci şəxsinin də razılığı əsasında yekunlaşandan sonra Ulyukayevin adıçəkilən şirkətdən hansı əsasla rüşvət istədiyi də açıq qalan suallar arasındadır.

Rusiyalı ekspertlər arasında Ulyukayevin həbsini maraqlı tərəflərin «Rosneft» uğrunda savaşının tərkib hissəsi kimi qiymətləndirənlər də var, ABŞ-da respublikaçı Donald Trampın qələbəsindən sonra bu vaxta qədər Rusiyada əsasən demokratların «qanadı» altında mövcud olan liberalların şəbəkəsinin sıradan çıxırılması kimi görənlər də.

Ulyukayevin həbsindən təxminən 2 həftə sonra onun yerinə Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkin təyin edildi.

Ulyukayevdən fərqli olaraq Oreşkin «Rosneft»in özəlləşdirilməsi təşəbbüsünü aktiv şəkildə dəstəkləyənlərdi və hökuməti də məhz bu mövqe qane edirdi.

Onu da qeyd edək ki, saxlanandan bir neçə gün sonra keçmiş nazirin həbs cəzası ev dustaqlığı ilə əvəz olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam