Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MAHMUDOVUN OĞLU DA RABİTƏDƏN MİLYONLAR MƏNİMSƏYİRMİŞ

eldar-mahmudov-ve-oglu

Xeberinfo.com:  “Rabitə işi” üzrə həbs edilən yüksək vəzifəli şəxslərin cinayət işi üzrə istintaq ifadələrində yeni detallar üzə çıxır. Başda sabiq nazir Əli Abbasov olmaqla, nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalov, nazir müavinləri və digər vəzifəli şəxslərin ifadələrindən görünür ki, məmurlar nazirlikdə rabitə işi ilə deyil, “yüksək mənimsəmə texnologiyalarından” istifadə edərək öz ciblərini doldurmaqla məşğul olublar. Elə sabiq nazir özü deyib ki, onun aylıq xərcləri 200-300 min manat olub…
Hazırda həbsdə olan sabiq məmurların işi üzrə istintaq materiallarında diqqət çəkən məqamlardan biri “AzIntelecom” MMC və “Cartburg Netvorks corp” şirkəti ilə bağlıdır.

Sirli “Cartburg Netvorks corp” şirkəti…

Celil-Ceferov-main-261212Dövlət büdcəsindən yayındırılan milyonların nazirlik işçilərinin və digər vəzifəli şəxslərin cibinə necə axması istintaq zamanı şahid qismində dindirilən “AzIntelecom” MMC-nin direktoru Cəlil Cəfərovun dediklərindən də aydın olur.
C.Cəfərov 2004-cü ilin aprel ayında Əli Abbasovun əmri ilə nazirliyin strukturuna daxil olan Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru təyin edilib. 2015-ci ilin əvvəllərində həmin mərkəzin bazasında “AzInTelecom” MMC yaradılıb. O, MMC-nin direktoru vəzifəsinə təyin edilib.
“AzInTelecom” MMC əsasən telefon trafikinin beynəlxalq istiqamətlərə daşınması, ötürülməsi və qəbul olunması ilə məşğul olub.
C.Cəfərov deyib ki, bu mərkəzin yaradılması informasiya texnologiyaları sahəsində yenilik olmaqla rabitə və digər sahələri əlavə xərclərdən azad olunmaq məqsədi daşıyıb.
Beynəlxalq trafikin daşınmasında 2013-cü il tarixdə “Cartburg” şirkəti ilə nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi arasında beynəlxalq telefon trafiki mübadiləsinin təşkil edilməsi və əməkdaşlıq haqqında müqavilə bağlanıb. Müqavilənin şərtlərinə əsasən tərəflər keyfiyyət göstəriciləri təmin olunmaqla və hər hansı qeyri-qanuni rabitə xidmətləri istisna olunması şərti ilə Azərbaycanla dünya ölkələri arasında beynəlxalq telefon trafiki mübadiləsinin təşkil edilməsi və İKT sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.

Müqavilə “Cartburg Netvorks corp” şirkətinin direktoru M.Efrosini arasında imzalanıb. Bu müqavilə sabiq nazir Əli Abbasovun göstərişi ilə imzalanıb.

Nazir oğlunun şirkəti ilə müqavilə bağlanmasının səbəbi

eli-abbasov-1Onun sözlərinə görə, “Cartburg NC” şirkəti ilə müqavilə bağlanılıb əməkdaşlıq edilməsini birbaşa ona rabitə və yüksək texnologiyalar naziri (RYTN) Əli Abbasov tapşırıb: “Nazir qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətinə də daim özü nəzarət edib. Nazir mənə trafik həcminin sürətlə aşağı düşməsinin qarşısının alınmasını, eyni zamanda kibercinayətkarlığın qarşısının alınması üçün MTN-nin böyük dəstəyi və köməkliyinin lazım olduğunu bildirib. Buna görə o, MTN-lə əlaqəli olan “Cartburg NC” şirkəti ilə müqavilə bağlanmasının zəruri olduğunu söyləyib. Bu zaman müqavilə bağlanmasını özündə əks etdirən yazılı göstəriş verilməsini Əli Abbasovdan tələb etdim. Bunun nəticəsində də nazirlikdə iclası keçirildi və iclasın yazılı protokoluna əsasən əməkdaşlıq edilməsinə göstəriş verilib. Həmin şirkətin nümayəndəsi kimi yalnız Ayaz Kərimovu tanıyıram. Ayaz Kərimovu mənə Əli Abbasov təqdim edib, onunla əməkdaşlıq edəcəyimi tapşırdı”.

C.Cəfərov ifadəsində deyib ki, həmin şirkətlə müqavilə bağlanılmasına səbəb MTN ilə birgə fəaliyyət göstərməklə qeyri-qanuni yollarla, “simboks” və digər avadanlıqlar vasitəsilə respublikaya daşınan beynəlxalq qaydalara uyğun olmayan trafikin qarşısını almaq, həmçinin rəsmi kanallarla trafikin yönləndirilməsini təşkil etmək olub.
Şirkətlə bağlanmış müqavilədən gözlənilən əsas nəticə, yəni ümumi trafikin tam həcminin artması əldə olunmayıb.

Vidadi Zeynalova aylıq 300 min dollar çatırmış

vidadi-zeynalovC.Cəfərov qeyd edib ki, şirkətin rəsmi rəhbəri sənədlər üzrə M.Efrosini olsa da, onun fəaliyyətinə faktiki rəhbərlik edən şəxs kimi Ayaz Kərimovu tanıyıb. O bildirib ki, Ayaz Kərimov sabiq nazir Eldar Mahmudovun oğlunun yaxın dostudur.
Məlumata görə, Eldar Mahmudovun oğlu Anar Mahmudovun dəstəyi ilə dostu Ayaz Kərimov həmin şirkətə rəhbərlik edib.
Şahid söyləyib ki, “Cartburg” şirkəti özünün əldə etdiyi gəlirlərdən asılı olaraq aylıq kimi hər ay nazirliyin aparat rəhbəri Vidadi Zeynalova pul verib. Həmin məbləğin miqdarı 300.000 dollar ətrafında olub.

Cəlil Cəfərov 50 min maaşa “azdır” deyir…

Şahid özünün aylıq əmək haqqının 50 min manat olduğunu deyib. O, 21 ay maaş aldığını söyləyib. MMC-nin digər işçilərinin ümumi aylıq əmək haqqı isə 29 min manat olub.
İstintaq zamanı toplanmış ilkin sənədlərə əsasən müəyyən edilib ki, Cəlil Cəfərov qulluq mövqeyindən istifadə edərək özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməyə çalışıb.
Cəlil Cəfərov Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinir.

22 milyon 471 min manat…

Rabite Nazirliyi110506-1-bigİstintaq zamanı o da məlum olub ki, Kanadada qeydiyyatdan keçmiş “Cartburg” şirkəti Azərbaycana daxil olan və çıxan beynəlxalq telefon trafiki üzrə digər mobil operatorların daha sərfəli qiymətlər təklif etmələrinə baxmayaraq, “Cartburg” şirkəti bu xidmətləri süni şəkildə artırıb. Bu üstünlüyü isə şirkətə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi verib. Nəticədə “Cartburq” şirkəti ümumilikdə 22 milyon 471 min manat məbləği ələ keçiriblər.
Bundan əlavə, müəyyən edilib ki, Cəlil Cəfərov rəhbərlik etdiyi MMC-yə və nazirliyə məxsus beynəlxalq və yerli məktubların daha aşağı qiymətlərlə daşınması mümkün olduğu halda, faktiki olaraq Vidadi Zeynalova məxsus “P.L.Z.” MMC ilə müqavilə imzalayıblar.
Bu məqsədlə də “P.L.Z” MMC-yə 203 min manata yaxın vəsait ödənilib.
Cəlil Cəfərov irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib. O deyib ki, “Cartburg” şirkəti ilə müqavilə sabiq nazir Əli Abbasovun göstərişi ilə bağlanıb.
Onun sözlərinə görə, qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətinə daim Əli Abbasov nəzarət edib. C.Cəfərov nazirə digər beynəlxalq operatorlarla əməkdaşlıq edildiyi üçün “Cartburg” la əməkdaşlıq etməməyi də təklif edib. Lakin Ə.Abbasov onun bu təklifi ilə razılaşmayıb.

Əli Abbasov MTN-lə əlaqəli olan şirkətlə əməkdaşlıqda niyə maraqlı olub?

mtn-055Ə.Abbasov ona trafik həcminin sürətlə aşağı düşməsinin qarşısının alınması, eyni zamanda kibercinayətkarlığın qarşısının alınması üçün MTN-in böyük dəstəyi və köməkliyi lazım olduğunu, buna görə MTN-lə əlaqəli olan “Cartburg” şirkəti ilə müqavilə bağlanmasının zəruri olduğunu deyib.
Qeyd edək ki, C.Cəfərov “AzInTelecom” MMC-nin rəhbəri olmaqdan əlavə “Rabitə” voleybol klubunun rəhbəri də olub.
O, istintaqa ifadəsində qeyd edib ki, rabitə sahəsində mütəxəssis kimi ona verilən aylıq 50.000 manat məbləğ… əməyi müqabilində az olub.
C.Cəfərov deyib ki, digər operatorlar ona daha yüksək, hətta ikiqat əmək haqqı ilə iş təklif etsələr də, bu təklifləri rədd edib həmişə dövlət üçün xidmət göstərməyi üstün bilib
C.Cəfərov “Cartburg” və “P.L.Z.” şirkətləri ilə əməkdaşlığı rəhbərliyin göstərişi ilə etdiyini söyləyib. Yəni rəhbərliyin göstərişlərinə qarşı çıxmaq, göstərişləri icra etməmək və ya göstərilən şirkətlərlə deyil özbaşına başqa şirkətlərlə müqavilə bağlamaq və əməkdaşlıq etmək səlahiyyəti olmayıb.
Qeyd etmək yerinə düşər ki, sabiq nazirlər Eldar Mahmudov və Əli Abbasov yaxın dosluq münasibətlərində olublar. Əli Abbasov həmişə Eldar Mahmudovun yaxın adamı kimi bilinib. Elə bunun nəticəsi olaraq da Eldar Mahmudov vəzifədən uzaqlaşdırılan kimi, Əli Abbasov da postu ilə vidalaşmalı oldu.

***********

eli abbasov əli abbasov cinayət işi açıldı azpolitika saytti azpolitika.info mtn eldar mahmudov rytn sabiq nazir akif covdarovUntitled-1Sabiq baş direktorun evlərindən 330 min dollar və 87 min manat aşkarlanıb 

“AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.
“Report”un məlumatına görə, o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, “Cartburg NC” şirkətinə verilən qiymətlər şkala çərçivəsində digər mobil operatorlara təklif edilən qiymətlərə uyğun olub.
Onun sözlərinə görə, “Cartburg NC” şirkəti ilə müqavilə bağlanılıb əməkdaşlıq edilməsini birbaşa ona rabitə və yüksək texnologiyalar naziri (RYTN) Əli Abbasov tapşırıb: “Nazir qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətinə də daim özü nəzarət edib. Nazir mənə trafik həcminin sürətlə aşağı düşməsinin qarşısının alınmasını, eyni zamanda kibercinayətkarlığın qarşısının alınması üçün MTN-nin böyük dəstəyi və köməkliyinin lazım olduğunu bildirib. Buna görə o, MTN-lə əlaqəli olan “Cartburg NC” şirkəti ilə müqavilə bağlanmasının zəruri olduğunu söyləyib. Bu zaman müqavilə bağlanmasını özündə əks etdirən yazılı göstəriş verilməsini Əli Abbasovdan tələb etdim. Bunun nəticəsində də nazirlikdə iclası keçirildi və iclasın yazılı protokoluna əsasən əməkdaşlıq edilməsinə göstəriş verilib. Həmin şirkətin nümayəndəsi kimi yalnız Ayaz Kərimovu tanıyıram. Ayaz Kərimovu mənə Əli Abbasov təqdim edib, onunla əməkdaşlıq edəcəyimi tapşırdı”.

Müvafiq ittiham aktına əsasən, istintaq zərurəti ilə əlaqədar olaraq Cəlil Cəfərovun yaşadığı mənzildə və iş yerində təxirə salmadan axtarış istintaq hərəkəti keçirilib və axtarış zamanı C.Cəfərovun yaşadığı Bakı şəhəri, O.Mustafayev küçəsi 51 ünvanındakı evindən 300.000 ABŞ dolları və 87.000 manat məbləğində pul vəsaiti, həmçinin Bakı şəhəri, Z.Əliyeva 77 ünvanında yerləşən ofisindən isə 30.000 ABŞ dolları məbləğində pul vəsaiti və külli miqdarda qızıl-zinət əşyaları aşkar edilərək götürülüb. Həmin pul vəsaitləri 4 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabına qoyulub.
Qeyd edək ki, C.Cəfərov Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam