Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

2 NAZİR MÜAVİNİ DƏ İSTİNTAQA CƏLB OLUNDU

nazir muavunleri

Xeberinfo.com:  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri  Vidadi Zeynalovun və nazirliyin daha bir neçə vəzifəli şəxsinin işi üzrə məhkəmə prosesinin getdiyi bir vaxtda bu cinayət işindən bir neçə nəfərin işi ayrılıb. Xatırladaq ki, bu haqda Baş prokurorluq hələ avqust ayında bildirmişdi. Lakin cinayət işinin fiqurantlarının adları açıqlanmamışdı.

Həmin yeni i üzrə  Korrupsiyaya qarşı Mübarizə İdarəsində istintaq gedir. Bu işin fiqurantları arasında keçmiş nazir Əli Abbasovun olduğu haqda dəfələrlə məlumat yayılıb, ancaq rəsmən təsdiqlənməyib.

İndi “Azadlıq” radiosunun əldə etdiyi məlumata görə, ayrılmış cinayət işində keçmiş nazir Əli Abbasovla bağlı da araşdırma aparılır. Səbəb də odur ki, indi məhkəməsi gedən 11 nəfərin bir neçəsi, o cümlədən aparat rəhbəri olmuş Vidadi Zeynalov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynov Əli Abbasovun əleyhinə ifadə veriblər. B. Hüseynov noyabrın 28-də məhkəmə ifadəsində də dedi ki, nazirin göstərişi əsasında xərcləri 30-35 faiz şişirdiblər və bundan əldə olunan vəsaitin də 80 faizini nazirliyə çatdırıblar.

Əli Abbasovun adı keçməsə də, 11 nəfər keçmiş rabitəçinin ittiham aktında da “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı” cinayət işinin ayrıldığı qeyd olunub.

Əli Abbasovla bağlı araşdırma aparılsa da, o, şübhəli və ya təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilməyib və yalnız şahid qismində dindirilib.Ayrılmış cinayət işində Əli Abbasovla yanaşı, daha iki nəfər haqqında da araşdırma aparıldığı bildirilir. Bunlar indiki rabitə və yüksək texnologiyalar nazirinin müavinləri İltimas Məmmədovla Elmir Vəlizadədir. Belə ki, “Rabitə işi”ində onların adı onsuz da şahid qismində keçir. Nazir müavinləri istintaqa ifadə verərək ayda 30-50 min manat “paket” aldıqlarını etiraf ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam