Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Əli Abbasov MTN-lə əlaqəli olan şirkətlə müqavilə bağlamağı tapşırdı” – “Rabitə işi”

eli abbasov əli abbasov cinayət işi açıldı azpolitika saytti azpolitika.info mtn eldar mahmudov rytn sabiq nazir akif covdarovUntitled-1

Sabiq baş direktorun evlərindən 330 min dollar və 87 min manat aşkarlanıb 

Xeberinfo.com:   “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.
“Report”un məlumatına görə, o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, “Cartburg NC” şirkətinə verilən qiymətlər şkala çərçivəsində digər mobil operatorlara təklif edilən qiymətlərə uyğun olub.
Onun sözlərinə görə, “Cartburg NC” şirkəti ilə müqavilə bağlanılıb əməkdaşlıq edilməsini birbaşa ona rabitə və yüksək texnologiyalar naziri (RYTN) Əli Abbasov tapşırıb: “Nazir qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətinə də daim özü nəzarət edib. Nazir mənə trafik həcminin sürətlə aşağı düşməsinin qarşısının alınmasını, eyni zamanda kibercinayətkarlığın qarşısının alınması üçün MTN-nin böyük dəstəyi və köməkliyinin lazım olduğunu bildirib. Buna görə o, MTN-lə əlaqəli olan “Cartburg NC” şirkəti ilə müqavilə bağlanmasının zəruri olduğunu söyləyib. Bu zaman müqavilə bağlanmasını özündə əks etdirən yazılı göstəriş verilməsini Əli Abbasovdan tələb etdim. Bunun nəticəsində də nazirlikdə iclası keçirildi və iclasın yazılı protokoluna əsasən əməkdaşlıq edilməsinə göstəriş verilib. Həmin şirkətin nümayəndəsi kimi yalnız Ayaz Kərimovu tanıyıram. Ayaz Kərimovu mənə Əli Abbasov təqdim edib, onunla əməkdaşlıq edəcəyimi tapşırdı”.

Müvafiq ittiham aktına əsasən, istintaq zərurəti ilə əlaqədar olaraq Cəlil Cəfərovun yaşadığı mənzildə və iş yerində təxirə salmadan axtarış istintaq hərəkəti keçirilib və axtarış zamanı C.Cəfərovun yaşadığı Bakı şəhəri, O.Mustafayev küçəsi 51 ünvanındakı evindən 300.000 ABŞ dolları və 87.000 manat məbləğində pul vəsaiti, həmçinin Bakı şəhəri, Z.Əliyeva 77 ünvanında yerləşən ofisindən isə 30.000 ABŞ dolları məbləğində pul vəsaiti və külli miqdarda qızıl-zinət əşyaları aşkar edilərək götürülüb. Həmin pul vəsaitləri 4 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabına qoyulub.
Qeyd edək ki, C.Cəfərov Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam