Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əli Abbasovun bacısının kürəkəni də Vidadi Zeynalova qarşı ifadə verdi

Əli Abbasovun bacısının kürəkəni də Vidadi Zeynalova qarşı ifadə verdi - onun da şirkəti var imiş

 

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) vəzifəli şəxslərinin dövlət büdcəsindən milyonları necə mənimsəməsi ilə bağlı yeni məqamlar ortaya çıxmaqda davam edir. Nazirliyin yüksək vəzifəli şəxslərinin onlara etibar edilmiş kreslolar arxasında oturarkən hansı üsullardan istifadə edərək dövlət büdcəsini talaması ilə bağlı epizodlar cinayət işi matriallarında yer alır. 
Xeberinfo.com:  “Rabitə işi” ilə bağlı qısaca onu xatırladaq ki, başda nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalov və digər 10 vəzifəli şəxs nazirliyin strukturlarında, ayrı-ayırı müəssisələrində təmir-tikinti işlərinə ayrılan vəsaiti bilərəkdən şişirdiblər, bu işləri özlərinə məxsus şirkətlər vasitəsilə icra edərək şəxsi büdcələrini doldurublar.
Sabiq nazir Əli Abbasov da günahsız deyil
Sabiq nazir Əli Abbasovun da bu əməllərə imza qoyması təqsirləndirilən şəxslərin və digər şahidlərin ifadəsi ilə öz təsdiqini tapsa da hələlik o, məsuliyyətə cəlb edilməyib. 
Şahid və həbs edilmiş şəxslərin ifadələrindən məlum olur ki, Əli Abbasov özünə və digər məmurlara çatan “paydan” xəbəri olub, öz ehtiyacları üçün aylıq ayrılan 200-300 min manatı alıb. Özünə məxsus “Qafqaz S-inşaat” şirkəti nazirliyin müəssisələrində təmir-tikinti işlərini həyata keçirib və milyonların bir hissəsini bu yolla qazanıb. Sabiq nazirin özü ilə yanaşı, onun yaxın ətrafı, qohumları da nazirliyin pullarından qənimət kimi əldə edə bilib. 
Sabiq nazirin yaxın qohumunun şirkəti
Əli Abbasovun bacısının kürəkəni də rəhbərlik etdiyi tikinti şirkəti ilə nazirlik üçün lazım olan təmir-tikinti işlərini görüb. İstintaq zamanı şahid qismində dindirilmiş “Virqo” MMC-nin təsisçisi və faktiki rəhbəri Seymur Quluzadə Əli Abbasovun qohumu olduğunu təsdiqləyib. O, sabiq nazir Əli Abbasovun bacısı Mikayılova Südabə Məmməd qızının kürəkəni olduğunu bildirib.
Əvvəl bank sektorunda çalışan S.Quluzadə 2012-ci ildə MMC-ni təsis etdiyini və rabitə sahəsində də işə başladığını bildirib. Həm də “Kapital Bank” ASC-nin 2 saylı şöbəsinin müdiri vəzifəsini tutub.
Məlum olub ki, “Virqo” MMC-nin əsas fəaliyyəti “TPP” markalı rabitə kabellərinin satışından ibarət olub. Əsasən Belarus və Türkiyədən kabel gətirilib. Əli Abbasovun qohumu onu da etiraf edib ki, yalnız nazirliyə tabe olan “Aztelekom” MMC ilə işləyib. Sonuncu dəfə 2014-cü ilin dekabr ayında ölkəyə kabel gətirib.
 
Əli Abbasovun qohumu Vidadi Zeynalovun adını çəkib 
S.Quluzadə ifadəsində deyib ki, onu bu işə cəlb edən nazirliyin aparat rəhbəri Vidadi Zeynalov olub. Şahid qismində dindirilən şəxs deyib ki, Vidadi Zeynalov ona bildirib ki, müəssisəsinin hesabına köçürülən ƏDV-li pulun 35 faizi, ƏDV-siz məbləğin isə 40 faizi nağd qaydada ona təqdim olunmalıdır. Vidadi Zeynalov ona deyib ki, bu nazirlik tərəfindən müəyyənləşdirilmiş ümumi qaydadır və həmin vəsait “Aztelekom” MMC-nin hesabından onun şirkətinə köçürüləcək. 
Bununla da “Virqo” MMC ilə “Aztelekom” MMC-nin tabeliyində olan Astara, Şəki, Tovuz, Şəmkir, Bərdə, Ağcəbədi, Tərtər, Siyəzən, Lənkəran, Goranboy, Neftçala, Salyan, Qusar, Ağdam, Saatlı, Abşeron, Göyçay, Xaçmaz, Sabirabad, Ağstafa, Şəmkir, Mingəçevir, Zaqatala və Goranboy TKQ ilə podrat müqavilələri bağlanıb. Qeyd edilən müqavilələr əsasında ona məxsus “Virqo” MMC-nin hesabına təxminən 1 milyon 600 min manatdan çox vəsait köçürülüb.
 
Sabiq nazirin qohumu 560 mini Vidadi Zeynalova verib
Şahid deyib ki, köçürülmüş vəsaitin təxminən 760 min manatı nəğdləşdirilib. Həmin vəsaitin 35 faizini, yəni 560 min manatını birbaşa və ya dolayı yolla Vidadi Zeynalovun özünə verib. Qalan 200 min manatın 50 min manatını audit yoxlaması nəticəsində müəyyən edilmiş cərimə məqsədi ilə Vergilər Nazirliyinə, digər gömrük rüsumlarının ödənilməsinə sərf edib. 150 min manat isə müəssisənin mənfəəti kimi ona qalıb.
 
Qiymətlər necə şişirdilib?
Cinayət işi materiallarına “Virqo” MMC tərəfindən verilmiş qaimələr də əlavə olunub. Qaimələrdən məlum olur ki, S.Quluzadə tərəfindən “Aztelekom” MMC-yə satılan kabellərin qiyməti bilərəkdən şişirdilib. Ölçülərinə görə fərqlənən kabellərdən qiyməti 1 manat olan 1,65 manata, 2 manat olan 3.20 manata, 6.10 manat olan isə 13.80 manata göstərilib. Bu yolla şişirdilmə həyata keçirilib və əldə olunan məbləğ Vidadi Zeynalova çatdırılıb.
Şahid istintaqa ifadəsi zamanı sabiq nazirin qohumunun adını çəkməsə də, bütün əməlləri Vidadi Zeynalovun tapşırığı ilə etdiyini deyib. Elə Əli Abbasovun özü də istintaqda ifadə verərkən bütün maliyyə işlərinə Vidadi Zeynalovun nəzarət etdiyini söyləmişdi.(Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam