Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

İş adamının obyekti əlindən necə alındı? - VİDEO

shikayetci“Sələmçi Fatma Yolçiyevanın cəzasız qalmasına təəccüblənirəm”

Sudef Məcidov: “Mən neçə aydır bu qədər faktlar açıqlayıram, bir tədbir görülmür… Amma Fatma Yolçiyevanın bir şikayəti ilə məni polis bölməsinə çağırırlar”

Xeberinfo.com:  Vətəndaş öz videomüsahibəsində hüquq mühafizə orqanlarının laqeydliyinə təəccüb etdiyini deyir

Bu il mayın 16-da Qafqaznews.az saytında “Sələmçi qadın cinayətkar şəbəkə yaradıb?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda sələmçi qadın Fatma Yolçiyeva tərəfindən aldadıldığını və nəticədə əmlakını itirdiyini deyən Nadir Hüseyn oğlu Zeynalovun şikayəti işıqlandırılmışdı. img_1549-1-1-1-3Qeyd edək ki, başqa bir vətəndaş Südef Məcidovun şikayəti əsasında da, Qafqaz Xəbər Agentliyinin əməkdaşları Fatma Məhəmməd qızı Yolçiyeva haqqında araşdırma aparmışdı. Əməkdaşlarımız F.Yolçiyevanın əlbir olduğu şəxslər haqqında da yazmış və onun “sələm oyununa” saldığı şəxslər arasında sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərovun da olduğunu müəyyən etmişdi. smay-l_-m-rovOktyabrın 17-də isə digər şikayətçi Sudef Məcidov yenidən Qafqaz Xəbər Agentliyinin redaksiyasına gələrək, yazıların dərcindən və araşdırılmasından xeyli müddət keçsə də, hələ bir nəticə hasil olunmadığını bildirib. O, Qafqaz Xəbər Agentliyinə verdiyi videomüsahibədə qeyd edib ki, həm DİN başçısı Ramil Usubova, həm də Baş Prokuror Zakir Qaralova müraciət edib.

“Lakin nəticə sıfırdır. Mənim Cənab Prezidentə yazdığım məktub DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə göndərildi. İdarənin İstintaq şöbəsinin rəis müavini Fikrət Quliyev mənə bir yazılı kağız uzatdı, dedi “bura qol çək”. Mən latın qrafikasında oxuya bilmədiyimi dedikdə isə Fikrət Quliyev bildirdi ki, “burda yazılanları sənə oxumağa vaxtım yoxdur, narahat olma, qol çək, yaxşı olacaq”.

O gün, bu gün… Artıq neçə aydır ki, bir məlumat yoxdur. Əvvəl dedilər ki, sizin işiniz Nərimanov RPİ-yə göndərilib, lakin ora getdim, həmin RPİ-də də yoxdur. Mənim işim sanki itirilib”, – deyə S.Məcidov vurğulayıb. S.Məcidov qeyd edib ki, onu aldadaraq sələm toruna salan İradə Vəliyeva və Fatma Yolçiyeva digər vətəndaşların da əmlaklarını bu yolla mənibsəyiblər. “Onlar “girov” dedikləri bu işi əslində “alqı-satqı” formatında reallaşdırırlar. Həm də, Fatma Yolçiyevanın bütün işləri əsasən 9 saylı Notariat Kontorunda həyata keçirilir.

Orda notiarus Rəşadət Sadıqovun yanında Fatma Yolçiyeva mənə bildirdi ki, bu alqı-satqı formal xarakter daşıyır, pulu qaytarandan sonra bu müqavilə ləğv olunacaq. Fatma Yolçiyeva elə çöldəcə, heç bir banka getmədən mənə pul verdi, 30 min manatı 2 ayın faizi olaraq dərhal aldı, İradə Vəliyeva isə gəlib məndən 15 min manat “komisyon pulu” aldı.

Mən 155 min manatla obyektimə gəldim və işlərimi tənzimləməyə çalışdım. Neçə ay ərzində vergiləri də mən verdim, hələ əlavə 30 min manat da Fatma Yolçiyevaya sələm verdim. Mənimlə Fatma arasında mağazaya dair heç bir icarə müqaviləsi yox idi. 2012-ci ilin aprelində mən həbs olundum, Fatma Yolçiyeva obyekti tamamilə nəzarətinə götürüb icarəyə verdi. Bildiyimə görə, o obyektin icarəsindən ayda 12-14 min manat gəlir əldə edir. Amma mənə deyir ki, guya, o mağazanı ondan alırdılar, amma müxtəlif instansiyalara 500 min manatdan çox pul verərək, mane olub. Əsassız şeylər danışır, kim ala bilərdi… Qanuni obyektdir, məni aldadaraq mənimsəyib və indi xeyrini götürür. Geri qaytarmaq üçün isə 850 min manat pul tələb edir. Həbsdə olduğum müddətə görə də, Fatma Yolçiyeva ona hər ay üçün 15 min manat faiz verəcəyimi dedi. O, bunu belə izah etdi ki, “sayğac işləyir, mənim həbsdə olub-olmamağım ona maraqlı deyil”.

O, Fatma Yolçiyeva tərəfindən şərləndiyini, təzyiqlərə məruz qaldığını də əlavə edib: “Müxtəlif yerlərə şikayət edir, guya mən ona mağazanı satmışam. Əgər mağazanı satmışdımsa, Fatma Yolçiyeva hansı məqsədlə bir neçə dəfə türməyə, yanıma gəlmişdi? Hər dəfə gəlirdi ki, obyekti istəyən var, gəl sataq. Mənsə deyirdim ki, gözlə, çıxaram, satıb-satmamaq məsələsini birlikdə müzakirə edərik. Həmçinin, videogörüntülər də var ki, orda Fatma Yolçiyeva mənə sələmə pul verdiyini etiraf edir. Hətta, müxtəlif yerlərə rüşvət verdiyini də deyir… Belə faktlara hüquq mühafizə orqanları necə biganə qalır? Mən neçə aydır bu qədər faktlar açıqlayıram, bir tədbir görülmür… Amma Fatma Yolçiyevanın bir şikayəti ilə məni polis bölməsinə çağırırlar”.

S.Məcidov sonda üzünü ölkə rəhbərliyinə, DİN başçısı Ramil Usubova və Baş Prokuror Zakir Qaralova tutaraq bildirib:

“Pul hesabına özünü “toxunulmaz” elan edən bu adamın barəsində tədbir görülməsi, mənim və başqa haqqı tapdanan vətəndaşların hüquqlarının bərpa olunması üçün ölkə rəhbərliyindən, cənab Ramil Usubovdan və Zakir Qaralovdan kömək gözləyirəm. Mənim dörd balamı çörəksiz qoyan bu sələmçi şəbəkəsi öz layiqli cəzasını almalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam