Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Milli Şura mitinq keçirir

Milli Şura mitinq keçirir

 

Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı etiraz mitinqi keçirilir.
 Xeberinfo.com:  Aksiya saat 17.00-dan 19.00-a qədər elan olunub. Mitinqin əsas şüarı “Monarxiyaya yox! Talana son!”dur.
Milli Şura hesab edir ki, dəyişikliklərdə məqsəd respublikadan monarxiyaya keçidi və hakim ailə üzvilərinin hakimiyyətdə təmsilçiliyini təmin etməkdir.
Hakimiyyət rəsmiləri isə Konstitusiya dəyişiklərini zamanın tələbi adlandırıblar. Onların fikrincə, bu dəyişikliklər dövlətin təhlükəsizliyinə, islahatların sürətləndirilməsinə xidmət edir.
Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edir.
Sentyabrın 9-da isə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqinin təşkilatçıları Vahid Məhərrəmli, Eldəniz Quliyev və İbrahim İbrahimli sentyabrın 9-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar.
Polis generalı aksiya iştirakçılarının qanuna zidd hərəkətlərə yol verməməsi barədə təşkilatçılara xəbərdarlıq edib ("Amerikanın səsi").

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam