Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ən izdihamlı məhkəmə prosesi: 4968 nəfər zərərçəkmiş var

Azərbaycanda ən izdihamlı məhkəmə prosesi- 4968 nəfər zərərçəkmiş var FOTOLAR

 

 

Bakıda və əksər bölgələrdə minlərlə vətəndaşı aldadaraq onlardan işə düzəltmək adı ilə pul alan şəxslər hakim qarşısına çıxarılıb.
Xeberinfo.com:   Onlar “Azər Mühafizə” MMC, “General” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləridirlər.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində minlərlə vətəndaşı aldadaraq adı çəkilən şirkətlərin bölgələrdə və Bakıda fəaliyyət göstərən filiallarına işə düzəltmək adı ilə pul alan, ancaq verdikləri vədə əməl etməyən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Bildirək ki, bu iş üzrə ümumilikdə təqsirləndirilən şəxslərin sayı 37 nəfərdir. Onlardan 22-i dəmir barmaqlıqlar arxasına əyləşib. 15 nəfəri is ev dustaqlığındadır. Həbsdə olan şəxslərədən biri qadındır.
 
Qeyd edək ki, bu işlə bağlı yayılan rəsmi məlumatda bildirilir ki, “General” MMC, daha sonra “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqaları mütəşəkkil dəstə yaradaraq 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.
Həmin faktlar üzrə cinayət işi başlanılıb, V.Hüseynov, M. Cəfərov, K.Bayramov, A.Həsənov və F.Babayev barələrində 2015-ci ilin fevral ayında həbs qətimkan tədbiri seçilib. Bu şəxslər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Həbs edilən 22 nəfər arasında əyləşən xanım- Nəzakət Aşurbəyova məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən özünün adı çəkilən şirkətlərin baş mühasibi kimi təqdim edilməsinə etiraz edib. O, həmin şirkətlərdə kassir olaraq çalışdığını deyib.
Digər həbsdə olan şəxslər Qorxmaz Mehdiyev, Fariz balayev, Elşən Uzunağov, Şahin Yolçuyev, Fərman Muradov, Elxan İsmayılov, Sənan Qasımov, Sərdar Seyidov, Xaliq Qasımov, Orxan Vəlizadə, Emin Əzizov, Şahin Quliyev, Cəlal Mikayılov, İlham Babayev, Tağı Məmmədov, Məmməd Həsənov və Cəfər Məlikovdur.
Onlar adı çəkilən şirkətlərin müxtəlif fililalların rəisləri, rəis müavinləri kimi vəzifələrdə çalışıblar.
Hazırda ev dustaqlığında olan 15 nəfər təqsirləndirilən şəxs də məhkəmə prosesində iştirak edib. 
Məhkəməyə zərərçəkmiş şəxslər də dəvət edilib. İzdihamlı məhkəmə prosesində iştirak etmək istəyən zərərçəkənlərin əksəriyyəti yer olmadığından zala buraxılmayıb. 
Bu iş üzrə rəsmi olaraq müraciət edən 4968 nəfər zərərçəkmişin olduğu açıqlanıb. 
Bu məhkəmə prosesi Azərbaycanda zərərçəkmişlərin sayına görə ən izdihamlı məhkəmə prosesi olaraq yadda qalıb. 
Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləndən sonra vəkillər vəsatətlə çıxış edib. Dəmir barmaqlıqlar arxasında olan Nəzakət Aşurbəyovanının, Şahin Quliyevin, Aydın Həsənovun, Mirabtalıb Cəfərovun, İlhan Babayevin vəkilləri vəsatətlə çıxış edərək hüquqlarını müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılmalarını istəyiblər. 
Vəsatət baxılmamış saxlanılıb. Növbəti məhkəmə prosesi sentyabrın 6-na təyin olunub. 
 
Xatırladaq ki, adı çəkilən şirkətlərin vəzifəli şəxslərinə işə düzəlmək üçün pul verən şəxsər paytaxt Bakı ilə yanaşı bir çox rayonlarda etiraz aksiyaları keçirilmişdilər. Həmçinin bölgələrdə- Tərtər, Bərdə, Goranboy, Ağcabədi, Mingəçevir və bir çox şəhərlərdə zərərçəkənlər aksiyalar keçirməyə başlamışdılar. 
Zərərçəkənlərin musavat.com-a bildirdiyinə görə, hər kəsə müəyyən məbləğdə depozit qoymaq şərti ilə təklif irəli sürülüb. Zərərçəkənlər arasında 100 min manat depozit qoyanlar belə olub. Qoyulan depozitin məbləği şirkətin vəd etdiyi vəzifəyə uyğun olaraq dəyişirmiş.
Vətəndaşlardan minimum 2-3 min manat məbləğində depozit alan şirkət ilk 2-3 ay müddətində həmin şəxslərə 600-700 manat aylıq əmək haqqı verib. Daha sonra maaşlar dayanıb, depozit qoyan əksər şəxs işə götürülməyib. Bundan sonra vətəndaşların adadıldığı məlum olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam