Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şabranda mühafizə işçilərinin növbəti aksiyası

 

Şabranda insanları işə düzəltmək adı ilə fırıldaqçılıq edən “Qala” və "Azər Mühafizə" özəl şirkətləri haqda daha bir fakt ortaya çıxıb.

 

"Xeberinfo.com":  Məlumata görə, şirkət Xaçmaz rayonunda 172 nəfərin pulunu eyni məqsədlə mənimsəyib.



Aldadılan Məzahir Bayramov bildirir ki, şirkətin özünü baş leytenant kimi təqdim edən Fərman Muradov ondan 1800 manat pul alıb:

 

 “Ötən ilin dekabr ayının 3-də Fərmana pulu vermişəm. Bunun qarşılığında oğlumu mühafizəyə düzəltdi. Oğlum Mərkəzi Xəstəxanada işə çıxdı. Demişdilər ki, 480 manat əmək haqqı alacaq. Lakin 10 gündən sonra hər şeyin fırıldaq olduğu məlum oldu. Fərman özü polisdə məndən pul aldığını təsdiqləyir. Amma bizim pulumuzu heç kim qaytarmır. Şirkətin rəhbəri olduğunu deyən, özünü kapitan kimi təqdim edən Şahin Yolçıyev də qaçıb”.



Mirzəli Orucəliyev isə Fərman Muradova 2800 manat pul verdiyini deyib. Qarşılığında onun oğlunu 980 manat əmək haqqı olan işə düzəltməli imiş.



“Bu pulu dekabrın 22-də məndən aldı. Oğlumu “Azər Mühafizə”yə  işə düzəltdi. 10 gün keçəndən sonra şirkət də dağıldı, pul da batdı”, - deyə şikayətçi bildirib.



Əldə etdiyimiz məlumata görə, bu gün şikayətçilər MTN-nin Xaçmaz rayon şöbəsində qəbul ediləcək.

 

Qeyd edək ki, Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini ələ keçiriblər.   Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.   Həmin faktlar üzrə cinayət işi başlanılıb, V.Hüseynov, M.Cəfərov, K.Bayramov, A.Həsənov və F.Babayev barələrində həbs qətimkan tədbiri seçilib.   Hazırda araşdırma nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsində aparılmaqla cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılıb.   Qeyd edək ki, vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin daşınmaz əmlakı, avtonəqliyyat vasitələri və qiymətli əşyaları müəyyən edilərək üzərinə həbs qoyulması istiqamətində zəruri tədbirlər həyata keçirilir.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam