Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Cahangir Hacıyevin məhkəməsi təxirə salındı

Cahangir Hacıyevin məhkəməsi təxirə salındı - Yenilənib

 

 

 
"Beynəlxalq Bank işi"nə görə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Xeberinfo.com:  Musavat.com xəbər verir ki, təqsirləndirilənlərdən İbrahim Hüseynovun vəkili prosesdə iştirak etmədiyindən məhkəmə avqustun 17-nə təxirə salınıb.
İ.Hüseynov "İnter Security” MMC-nin baş direktoru olub.
Qeyd edək ki, adı çəkilən mühafizə şirkəti bankın inzibati binalarının mühafizəsini həyata keçirirdi.
12:16
 
***
Bu gün "Beynəlxalq Bank işi"nə görə həbs edilənlər hakim qarşısına çıxarılıb.
Onlar "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktorları olmuş İlqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov və digərləridir.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.
İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilib və iş üzrə ittiham aktı Baş Prokurorluq tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə gönsərilib.
Onu da əlavə edək ki, C.Hacıyev ləğv edilmiş MTN-nin rəhbəri olmuş Eldar Mahmudovun qudasıdır.
Məhkəmə prosesində təqsirləndirilənlərin yaxınları da iştirak edir. Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva da məhkəmə prosesində iştirak edir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam