Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Münhendə terror aktı: ölənlər var - YENİLƏNİB (VİDEO)

Almaniyanın Münhen şəhərindəki ticarət mərkəzində insanlara atəş açan şəxslərin sayı ən azı 3 nəfər olub.

Xeberinfo.com:   TASS agentliyi xəbər verir ki, bu barədə Bavariya Federal bölgəsinin daxili işlər naziri İoahim Herman məlumat verib.

Onun sözlərinə görə, atəş açanlar hadisə yerindən qaçıb gizlənməyə müvəffəq olublar. Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu təsdiq edib. O, qeyd edib ki, polis ərazini mühasirəyə alıb və axtarışlar aparılır.

"Focus" jurnalı hadisə ilə əlaqədar Bavariya metrosunun fəaliyyəti dayandırıldığını xəbər verib. Məlumata görə, ölənlərin sayı 6 nəfərə çatıb.

"Bayerischer Rundfunk" radiostansiyasının məlumatına görə isə isə, Bavariyanın baş naziri Horst Zeexofer daxili işlər naziri İoahim Hermanla fövqəladə görüş keçirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Münhendəki ticarət mərkəzində insanlara atəş açan silahlı şəxslərdən birinin videogörüntüsü yayılıb.

*   *   *23:07

Almaniya mətbuatı bildirir ki, Münhenin mərkəzində yerləşən «Marienplatz» metro stansiyasının yaxınlığında da naməlum şəxslər tərəfindən atəş açılıb.

Bu barədə rəsmi informasiya yoxdur.

Ölən və ya yaralananlar barədə məlumat verilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam