Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

3 polis əməkdaşı öldürüldü - Qazaxıstanda (FOTO+VİDEO)

Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Almatının mərkəzində baş vermiş atışma nəticəsində yaralanmış polislərdən üç nəfəri aldığı yaralardan dünyasını dəyişib.

Yeddi polis əməkdaşı reanimasiyadadır.

Xeberinfo.com:   Bu barədə “Tengrinews.kz” xəbər verib.

“Təcili tibbi yardım xəstəxanası silahlı mühafizə altındadır. Mülki əhalin arasında ölən və yaralanan yoxdur. Yaralıların yaxınlarına kömək etmək üçün psixoloqlıar xəstəxanaya yollanıblar”, - agentliyin məlumatında bildirirlir.

*   *   *11:26

Qazaxıstan KİV xəbər verir ki, Almatıda xüsusi xidmət orqanları polis əməkdaşlarına atəş açdığı güman edilən bir nəfəri saxlayıb.

Hazırda ərazi mühasirəyə alınıb, polis baş verənləri şərh etmir.

*   *   *11:04

Almatı şəhərinin mərkəzində baş vermiş atışmadan sonra polis antiterror əməliyyatının başlanması barədə bəyanat yayıb.

Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki, məlumatda deyilir: “Bununla əlaqədar hamıdan xahiş edirik ki, evlərini tərk etməsinlər, insanların kütləvi toplandığı yerlərdən uzaq olsunlar. Bütün şübhəli şəxslər barəbə ləngimədən hüquq-mühafizə orqanlarına məlumat versinlər və xüsusi xidmət orqanlarının hərəkətlərinə anlayışla yanaşsınlar”.

Daxili işlər departamentindən bildirilib ki. operativ vəziyyətdə dəyişikliklər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

*   *   *10:27

Bu səhər Qazaxıstanın Almatı şəhərinin Almalı rayon polis idarəsinin yaxınlığında atışma baş verib.

TASS agentliyinə istinadən xəbərə görə, hadisə şahidlərinin və sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, qara geyimli naməlum şəxs avtomat silahdan polis əməkdaşlarına tərəf atəş açıb. O, maşın saxlamaq istəyib və sonradan hadisə yerindən qaçıb.

Rayon polis idarəsi və Milli Təhlükəsizlik Komitəsi departamentinin binaları polis tərəfindən əhatəyə alınıb. Hadisə yerinə təcili yardım maşını gəlib. Təsdiq edilməmiş məlumatlara görə, iki nəfər xəsarət alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam