Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Beynəlxalq insan alveri: AZAL-ın yüksək vəzifəli əməkdaşını İnterpol axtarır

Xəbər verildiyi kimi beynəlxalq polis təşkilatı İnterpol insan alveri ilə məşğul olan mütəşəkkil qruplaşlara qarşı İnfra Hydra əməliyyatı keçirir.

Xeberinfo.com: Bu əməliyyat çərçivəsində 31 ölkə 180 şübhəlini müəyyən edib və beynəlxalq axtarışa verib. Onlardan 57-i artıq İnterpol tərəfindən həbs edilib.

  Məlumata görə, beynəlxalq polis təşkilatı insan alverinə diqqəti cəlb etmək üçün İnfra Hydra əməliyyatı çərçivəsində axtarışda olan 10 şübhəlinin adlarını və fotolarını yayıb. Onların arasında bir Azərbaycan vətəndaşının olduğu da bildirilirdi.

Virtualaz.org araşdırıb ki, həmin şəxs AZAL-ın yüksək vəzifəli əməkdaşı Tacəddin Əliyevdir. Tacəddin Əliyev Heydər Əliyev Bakı Beynəlxalq Aerportunun sərnişin nəzarətinin rəhbəri olub və tabeçiliyində olan işçilərlə, habelə hava yolları şirkətinin əməkdaşları ilə əlbir olaraq 2 İraq vətəndaşının sərhədi qanunsuz keçməsinə şərait yaradıb, bunun əvəzində onlardan pul alıb.

İnterpol-un saytında Tacəddin Əliyevin dosyesi yer alır. Orada göstərilir ki, T.Əliyev 1970-ci ildə Cəlilabad rayonunda anadan olub, Azərbaycan vətəndaşıdır. Azərbaycanın prokurorluq orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Boyu 180 sm, çəkisi 107 kq-dır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam